Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2016
11:30
“Siçan cənnəti”nin D mərhələsindəyik

Alim etoloq Con Kelxun 1968-ci ildə Amerikanın Milli Psixi Sağlamlıq İnstitutunun bazasında maraqlı eksperiment həyata keçirib. Kelxun siçan sosiumunu insan ictimaiyyəti ilə analoqunu apararaq, insanlığın gələcəyi barədə məlumat verməyə cəhd edib. Bunun üçün alim ağ siçanlar üçün “Cənnət” yaradır.

Laboratoriya şəraitində 2x2 kv.metr-lik ərazidə 1,5 metr hündürlükdə yer düzəldir. Konstruksiyada əlverişli temperatur qorunur, su və yemək artıqlaması ilə verilir, yuvaların tikilməsi üçün daim materiallarla təchiz olunur. Gəmiricilər daim veterinar nəzarətində olur. Təhlükəsizlik üçün bütün tədbirlər görülür: yırtıcılardan və infeksiyalar istisna olunurdu. Konstruksiya həftədə bir dəfə təmizlənirdi. Beləliklə, siçanlar üçün ideal həyat şəraiti yaradılır.

Alim tikilini “siçan utopiyası” (Utopiya — yunan sözü olub, mənası real həyatda mövcud olmayan mükəmməl məkan deməkdir) kimi təsvir edir, eksperimentini isə “Kainat-25” adlandırır.

Konstruksiya 3840 siçan üçün nəzərdə tutulmuşdu. Mövzunu qabaqlayaraq bildirək ki, təcrübə zamanı maksimal populyasiya 2200-ə çatır, bundan sonra isə azalmağa başlayır.

Eksperiment üçün hazır olduqda, “siçan cənnəti”nə 4 gəmirici cütlüyü buraxılır. Həmin andan etibarən “A mərhələsi” - mənimsəmə müddəti başlanır. 55 gündən sonra siçan ailələri nəsil verməyə başlayır.

Balalamadan sonra – “B fazası” başlayır. Hər 55 gündən sonra gəmiricilərin sayı 2 dəfə artırdı.

315 gündən sonra çoxalma sürəti azalır, bundan sonra populyasiya hər 145 gündən bir 2 dəfə artırdı – “C fazası”. Bu mərhələdə tikilidə yerlərin sayı azalır, siçanların sayı isə 600-ə çatır.

Artıq onlarda iyerarxiya və müəyyən sosial həyat formalaşır.

1.”Rədd edilmişlər” kastası yaranır. Bunlar əsasən gənc fərdlərdən təşkil olunmuşdu. Onlar çənin ortasına qovulmuşdular və daim aqressiyanın qurbanına çevrilirdilər. Səbəbi o idi ki, ideal şəraitdə siçanlar uzun ömür sürürdülər və qoca nəsil sosial rəfdə gənc fərdlər üçün yer azad etmirdilər. Bu səbəbdən aqressiya məhz gənc gəmiricilərə yönəlmişdi. Onları dişlənmiş quyruqdan və yonulmuş tük örtüyündən tanımaq olardı. Sürgündən sonra erkəklər psixoloji olaraq qırılırdılar və öz hamilə dişilərini qorumaq istəyində olmurdular.

2. Dişilər öz nəsillərini qorumaq məcburiyyətində qaldıqları üçün daha aqressiv olurdular. Bir müddətdən sonra onların təcavüzkarlığı öz balalarına yönəlir: onları öldürür və yuxarı yuvalara çıxırdılar, tərki-dünyaya çevrilirdilər və bir daha balalamaqdan imtina edirdilər. 

Nəticədə doğum azalır, gənclərin ölümü isə yüksək həddə qalxır. Fazada “D mərhələsi” - “siçan cənnəti”nin ölümü başlayır. Bu mərhələdə yeni - “gözəl” siçanlar kateqoriyası yaranır.

3. Öz növü üçün xarakterik olmayan davranışlar göstərən siçanlar “gözəl” adlanırdı. Onlar dişi və ərazi üçün mübarizə aparmır, nəsil artırma istəyində olmurdular. Onlar ancaq yeyir, içir, yatır və öz tüklərini təmizləyirdilər. Nəticədə “gözəl” və tərki-dünya dişilərin sayı artır.

Siçanların orta ömrü 776 gün çəkir. Bu da reproduktiv yaş sərhədindən 200 gün artıqdır. “Siçan cənnətinin” son fazasında hamiləlik sayı sıfıra düşür.

Deviant davranış (qeyri-normativ) siçanlarda homoseksualizm yaradır. Bundan başqa siçan sosiumunda yemək ehtiyatının artıq olmasına baxmayaraq, hannibalizm başlayır. 

Populyasiya məhv olurdu və təcrübənin 1487-ci günündə “Siçan cənnəti”nin son sakini də ölür. Siçan sosiumu özü özünü məhv edir. Cənnət cəhənnəmə çevrilir.

Eksperiment ona görə “Kainat-25” adlanır ki, bu, “siçan cənnəti” yaratmaq üçün 25-ci (sonuncu) cəhd idi, hansı ki, əvvəlkilər kimi sonuclanır.

Beləliklə, siçan sosiumu timsalında alimlər problemsiz həyat şəraitində ictimaiyyətin davranışını müəyyənləşdirə bildilər. Bunun insanlarla əlaqəsini ortaya çıxarmaq, məncə çətinlik törətməz. Bu gün həyatımıza nəzər etsək - lümpenlər (sinfi şüuru, inqilab üçün motivasiyası olmayan, ideologiyasız, öz marağını tapa bilməyən fərdlərin əmələ gətirdiyi kəsim), tənha analar, ailədə zorakılıq, səbəbsiz təcavüzkarlıq, tənbəlləşmiş insanlar, sodomiya, feministlik, homoseksuallıq və sair misalların “siçan cənnəti” ilə nə qədər oxşar olduğunu görərik. Bu isə bir mənaya gəlir: Artıq “D mərhələsi”ndəyik.

Emilya Vaqif

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 07:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com