Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2016
10:33
2382
Bu meyvə-tərəvəzlərin qabıqlarını soymayın! FAYDALAR

Qidalanma üzrə mütəxəssislərin fikirinə görə, bəzi meyvə və tərəvəzlərin qabıqları hətta onların ətindən də faydalıdır.

Alimlər bu meyvə və tərəvəzləri yaxşı yumağı və qabıqlı şəkildə yeməyi tövsiyə edirlər.

Bu meyvə-tərəvəzlərin arasında:

- Alma.

Flavonoidlər və antioksidantlarla zəngin olan alma qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəngəleyhinə təsir göstərir.

Alma qabıqları pektinlərlə zəngindir. Bu maddələr həzm sisteminin sağlamlığını qoruyur.

- Xiyar.

Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir.

Həmçinin xiyar qabıqları bağırsaqları çox yaxşı təmizləyir.

- Badımcan.

Badımcanın qabığı antioksidantlarla xüsusilə zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.

- Kivi.

Kivinin qabıqları güclü antioksidant, antikonserogen (xərçəngəleyhinə) təsirə malikdir, iltihabəleyhinə təsir göstərir, stafilokokk və bağırsaq çöpləri ilə mübarizə aparır.

Kividən smuzi və ya şirə hazırladıqda qabıqlarını soymayın - meyvələri yaxşı yuyun və istifadə edin.

- Portağal.

Portağal qabıqları qiymətli müalicəvi məhsuldur. Efir yağları ilə zəngin olan portağal qabıqları orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir, həzm proseslərini yaxşılaşdırır, sakitləşdirir.

Portağaldan şirə və ya smuzi hazırladıqda qabıqlarını soymayın.

Portağal qabıqlarından çox dadlı və faydalı çay hazırlayın. 1 portağalın qabıqlarının üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu içki orqanizmi çox yaxşı tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Məqalədə : meyvə qabıq fayda 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
178

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
110

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
139

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
173

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
203

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
195

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
751

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
565
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 20:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru