Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2016
13:16
Hər bir insan öz yaşını səhv bilir – HEYRƏTƏ SALACAQ SƏBƏB

Zamanı təqvimlə ölçürük, amma hansı təqvimlə? Əsrlər boyu bir çox təqvim istifadə etdik və hələ də vaxtın ölçülməsi barədə əminliyimiz yoxdur. Həyatımızdan illər azalır. Bu an hansı ildə olduğumuz belə, müəmmalıdır. Əsl təqvim beynimizdə və onun rəhbərlik etdiyi ürək döyüntülərinin sayında gizlənib. Bəlkə də gələcəkdə vaxtı ürək ritminin sayına görə müəyyənləşdirəcəyik.

Neçə il yaşamışıq və ya neçə yaşımız var? Məsələn, "30 yaşım var", - deyirik. Haradan bilirik? Əminikmi? Şəxsiyyət vəsiqəsinə baxaraq bunu deyirik, amma yanılırıq. Çünki bu bizim hüquqi yaşımızdır. Yox, əgər anamızın və ya atamızın bizə dediyi vaxta görə yaşımızı deyiriksə, yenə yanılırıq, çünki bu dəfə onların hüquqi vaxtlarını istifadə edirik. Bəs onda əsl yaşımız nə qədərdir?

FaktXəbər olaraq bu barədə araşdırmanı oxucularımıza təqdim edirik. 

Uzun ömür

Günəş bizə vaxtı müəyyən etməyə kömək edir. Dünyamızın onun ətrafındakı bir dövrü bizə bir günü, yəni 24 saatı verir. Digər ölçü obyektimiz isə Aydır ki, tam şəkildə hesablasaq, 29 gün, 12 saat, 44 dəqiqə, 2.8 saniyəyə bir aylıq zaman ortaya çıxır. İlk insan cəmiyyətləri Günəşin dəyişikliyindən çox, Ayı daha asan izləyiblər. Bir az da qaranlığı işıqlandırdığı üçün, zamanı Ayla müəyyən edirdilər. Hətta ibtidai cəmiyyətlər zamanı mövsümlərə görə ölçürdülər. Məsələn, yağış mövsümü ilin əvvəli kimi qəbul edilirdi, yəni yaz və payız yağışlarını bir il olaraq götürdükdə, bizə görə bir ili iki il yaşamış sayardılar. O zaman çox uzun bir ömür ölçüsü ortaya çıxırdı. 

Hazırda hansı ildəyik?

Miladi təqviminin banisi Roma imperatoru Yuli Sezardır. Məlum olan Günəş ili hesabı ilə təqvim hazırlanıb. Müasir astronomiyada bu dəyərin kökü dünyanın Vernal Equinoksu, yəni baharın ilk günüdür. Sezarın sistemi, miladdan sonra 325-ci ildə İznik Şurasında qəbul edilib və günümüzə qədər gəlib çatıb, amma səhvdir. Çünki Vernal Equinoksu həm hər il dəyişir, həm də ekvatordan qütbə doğru fərqlilik göstərərək ayrı-ayrı günlərdə yaranır. Bu sistemə görə, hər 400 ildə bir, üç il itirilir və bu itki nisbəti getdikcə artır. Bir sözlə, təqvimə görə, bu günə qədər 15 il itirilib. Bir maraqlı nüans da var: 1582-ci ildə xristian dünyası ikiyə bölündü. Protestantlıq qurulmuşdu. O zaman Pasxa mərasimləri əsas götürülərək yeni bir vaxt ölçüsü ortaya çıxarıldı, bu dəfə 11 günlük bir zaman fərqi yarandı. Nəticə qəribədir, çünki Katoliklər Corc Vaşinqtonun doğum gününü 11 yanvarda qeyd etdiyi halda, Protestantlar 22 yanvarda təbrik edirdilər və bu hadisə beləcə də davam etdi. Bu dəfə 1800-ci illərdə Pravoslavlar iki sistemin ortasında bir keçidə cəhd göstərdilər. Bahar gününü 5 gün fərqli qəbul edərək, Qriqorian təqviminə yeni bir quruluş gətirdilər. Pravoslav Rusiyada bu sistem qəbul edildi və işlər daha da qarışdı. Artıq illər tamamilə dəyişir və 40 yaşlı adam 3 yaşında görünürdü. Əlbəttə ki, bütün bu qarışıqlıq adına təqvim deyilən çap kağızlarının üzərində idi. 

Bütün təqvimlər eyni məzmundadır, amma zamanı həqiqətən müəyyən edən mövsümi dəyişikliklər və Günəş olduğuna görə, planetin müxtəlif yerlərində fərqli hesablar aparıla bilər. Xülasə, bir zaman paradoksu ilə üzləşirik və buna görə də ortaya sual çıxır: biz həqiqətdə neçə yaşındayıq? Yəni dünyanın hər yerində eyni zaman ölçüsündən istifadə etməyimiz çətin görünür. Hazırda istifadədə olan Yuli təqviminə görə, bir insan doğum gününü hər il 13 gün öncə qeyd edir və yaşını nisbi şəkildə bilir. Yəni 40 yaşlı bir insan o yaşa qədər 520 gününü itirir. Daha doğrusu 40 yaşını qeyd edir, amma əslində 40 yaşında olmur.

Ürək döyüntüləri vaxtı müəyyən edə bilərmi? 

Son bir neçə əsrə diqqət etsək, məlum olan rəsmi mənbələrə görə, ən çox yaşamış insanlardan biri 122 yaşında ölən Jeanne Calmentdir. Bu yaşa elm tərəfindən ən yüksək qəbul edilir. Yəni insanın yaşaya biləcəyi ən uzun müddət 122 il götürülür. Amma 1805-ci ildə doğulub, 168 yaşında 1973-cü ildə vəfat edən azərbaycanlı Şirəli Müslümovu heç kəs yada salmır. 

Digər canlı növlərinə keçək. Ağaclardan başqa, çünki onlar çox yavaş yaşayırlar və hərəkətsizdirlər, yəni aktiv bir həyata sahib deyillər. Balıqlar üçün aparılan araşdırmalar hələ də davam edir. Elm həqiqi mənada qocalaraq ölən bir balıq ömrünü hələ dəqiq müəyyən edə bilməyib. Elmi araşdırmalara görə, balıqlar qocalmırlar. 

Dəniz canlılarının ən uzun ömürlü canlı 200 ildən çox yaşayan Qalapaqos tısbağasıdır və onlar da çox ləng hərəkət edən heyvanlardır. Tutuquşu və ya qular kimi. Bu araşdırmaya görə, zəka qocalmanı sürətləndirir. Fil siçandan daha uzun yaşayır, amma bütün bunlara baxmayaraq, insanın üstünlüyü yenə zəkadır. Yüz yaşına çatmış bir insan, digər bütün uzunömürlü canlıların ölümlərinə şahid olur, çünki yaşamağı bilən və saysız-hesabsız ölüm səbəbindən mümkün xilas olmağı bacaran yeganə canlı növüdür. Amma yenə də insanın həyatı yüz ildən yuxarı çox az hallarda keçir. Bunun bir səbəbi də hissidir. Fiziki ölçü metabolizmə təsir göstərir. Bunun göstəricisi isə ürək döyüntüsüdür. Hesablamalara baxsaq, siçanın ürəyi dəqiqədə 590 dəfə vurur, itinki 95 dəfə, insanınkı 72 dəfə, filin ürəyi isə dəqiqədə 30 dəfə döyünür. Bax, ömrün zaman ölçüsü bundan asılıdır, yəni yaşımız ürək ritmi ilə əlaqəlidir və sirr burada gizlənir. 

Əslində insan yüz yaş civarında öldüyü vaxt, bu, ürəyi döyünən digər bütün canlılardan daha çox yaşamasını göstərir, yəni ürəyi daha çox döyünüb. Maraqlıdır, ürək döyüntülərinin sayı bizə həyat və zaman ölçüsünün müəyyən edilməsi yolunda işıq tuta bilərmi?

FaktXeber.com

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ad günü yaş bayram 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 02:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com