Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2016
12:57
2503
Obama Səudiyyəni 11 Sentyabr terroruna görə müdafiə edəcək
Coş Earnest: "Qanun layihəsi Ağ Evə daxil olarsa, Obama ona veto qoyacaq"

FaktXəbər-in məlumatına görə, Ağ Ev sözçüsü Coş Earnest gündəlik mətbuat brifinqində, ABŞ Konqresində 11 Sentyabr hücumlarında Səudiyyə Ərəbistanının rolunun olduğunu göstərən və Ər-Riyad hakimiyyətinə ABŞ-da cinayət işi açılması ehtimalını saxlayan qanun layihəsilə bağlı məsələni şərh edib. 

Earnest qanun layihəsinin mövcud halının Konqresin iki qanadı olan Nümayəndələr Palatası və Senatdan keçərək Prezident Obamanın qarşısına gəlməsi vəziyyətində, layihənin imzalanmasının söz mövzusu olmayacağını vurğulayıb.

Sözügedən layihənin mövcud halı ilə Amerikanın maraqlarına uyğun olmadığını bildirən Earnest, layihənin ABŞ-ın dünyanın dörd tərəfindəki müttəfiqləri ilə əməkdaşlıq etməsini çətinləşdirəcək bir addım təşkil etdiyini bildirib.

SƏUDİYYƏ ƏRƏBİSTANINDAN ABŞ-a 750 MİLYARD DOLLARLIQ TƏHDİD

Earnest Səudiyyənin qanun layihəsi ilə bağlı ABŞ rəhbərliyinə maliyyə təhdid etdiyi iddiasıyla bağlı sualları da cavablandırıb.

Yanvar ayında Nümayəndələr Palatası Ədalət Komitəsindən keçən qanun layihəsinin Ər-Riyad rəhbərliyində ciddi narazılıqla qarşılandığını bildirən "New York Times"ın xəbərinə görə, Səudiyyə xarici işlər naziri Adil Cübeyr ötən ay Vaşinqtona etdiyi səfərdə Kral Salmanın sərt mesajını şəxsən çatdırıb.

Xəbərdə bildirilir ki, Səudiyyə rəhbərliyi Obamanı xəzinə bonları da daxil olmaqla ABŞ-dakı 750 milyard dollarlıq əmlakını satmaqla təhdid edib.

Bu iddia ilə bağlı açıqlamasında Earnest, Ər-Riyad rəhbərliyinin belə bir şey edəcəyini düşünmədiyini bildirərək, "Səudiyyə də ən azından bizim qədər qlobal maliyyə sistemin sabitliyini qoruyub saxlamağın iki ölkənin ümumi mənafeyinə uyğun olduğunu bilir", - deyə bildirib.

Xarici suveren dövlətlərin ABŞ hüququna qarşı toxunulmazlığı məsələsinin əhəmiyyətli beynəlxalq hüquq prinsipi olduğunu bildirən Earnest, bu prinsip sayəsində dünyanın hər tərəfindəki ölkələrlə iş aparıldığını söyləyib.

"TERRORİZM SPONSORLARINA QARŞI ƏDALƏT" QANUNU

Texas senatoru Respublikaçı Con Cornyn və Nyu York senatoru Demokrat Chuck Schumer tərəfindən 2015-ci ilin sentyabr ayında Konqresin müzakirəsinə çıxarılan "Terrorizm Sponsorlarına Qarşı Ədalət" qanun layihəsi yanvar ayında Nümayəndələr Palatasının Ədalət Komitəsindən keçmişdi.

Layihənin müəlliflərindən olan Respublikaçı senator Cornyn, "Ölkəmiz yeni terror təhdidi ilə üz-üzə olduğu üçün terrorçuların maliyyələşdirənləri dayandırmaq çox mühümdür", - deyib.

Qanun layihəsi Amerika qanunları tərəfindən xarici ölkələrə olan "suverenlik toxunulmazlığı" qorumasının, "terrorla əlaqəli olduğu müəyyən edilən ölkələrin" üzərindən götürülməsini nəzərdə tutur.

Mövcud layihənin qanuna daxil edilməsi halında Səudiyyə Ərəbistanının suverenlik toxunulmazlığı ləğv ediləcək. ABŞ-da əleyhinə cinayət işi açılması ehtimalı ortaya çıxacaq Səudiyyə rəhbərliyi isə 11 Sentyabr hadisələri ilə heç bir bağlılığının olmadığını iddia edir.

Layihəyə qarşı olduğunu açıqlayan Ağ Ev rəhbərliyinə isə 11 Sentyabr əlilləri, "Bizim hökumətimiz öz vətəndaşlarının deyil, Səudiyyənin yanında durur" şəklində etiraz ediblər. 

Bu məsələnin 21 apreldə Səudiyyə Ərəbistanına səfər edəcək Obamanın gündəliyinin ilk pilləsində yer alması gözlənilir.

Qeyd edək ki, 11 Sentyabr terrorunun sifarişlə "Əl-Qaidə" tərəfindən törədildiyi məlumdur. "Əl-Qaidə" terror təşkilatının isə Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirdiyini dünyada hər kəs bilir. Belə olan halda, ABŞ rəhbərliyinin Səudiyyəni müdafiə etməsi başadüşülən deyil.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru