Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2016
09:38
`Allahu Əkbər` şüarı altında da döyüşə gedə bilərik - Elxan Şahinoğlu

Sosial şəbəkədə bəzi kosmopolit liberallar bildirirlər ki, Qarabağ məsələsində “Azərbaycan Qarabağı işğaldan azad etmək istəyir” kimi ifadələrin işlənməsi münaqişənin həllinə mənfi təsir göstərir. Ona görə də “Azərbaycan Qarabağı öz yurisdiksiyasına daxil etməyə çalışır” kimi ifadələrdən istifadə edilməlidir. Belə yanaşmaların müəlliflərinin daha bir fikiri ondan ibarətdir ki, şəhid adı yalnız cihadda canını fəda edənlərə verilir, biz cihad etmirik ki, şəhid adından istifadə edək. 

Qeyd edək ki, bu cür fikirlərlə əsasən Avropada yaşayan bəzi azərbaycanlılar çıxış edirlər.

Siyasi şərhçi Elxan Şahinoğlu isə bu fikirləri bildirənlərin yanlış və məntiqsiz fikirlər ortaya qoyduqlarını bildirdi. 

Onun sözlərinə görə, Azərbaycanı tərk edib Avropada yaşayan bəzi adamlarla bağlı maraqlı situasiya yaranıb: “Onların bir çoxu ilə mən Bakıda da təmasda olurdum. Burada olanda onlar obyektiv fikirlər söyləyirdilər. Ancaq Azərbaycandan Avropaya köçəndən sonra onların bəziləri radikallaşıb. Halbuki, onlar Azərbaycanda yaşayanda yazılarında radikal deyildilər. Hətta mənə deyirdilər ki, sən niyə sərt tənqidi çıxışlar edirsən. Mənim həmin adamlara indi bir sözüm var ki, siz Azərbaycanda olanda məndən sərt fikirlər işlətməməyi istəyirdiniz, indi Avropaya gedib oradan bizə sərt mövqe ortaya qoymağı istəyirsiniz. Bu cür adamların bir çoxu isə Qarabağ məsələsində heç də yaxşı mövqe ortaya qoymurlar. Mən özüm də liberal görüşlü insanam. Amma söhbət ərazilərimizin işğalı faktına gələndə liberallığı kənara qoyuram, qatı millətçi oluram. Çünki mənim dövlətimin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, torpaqlarım işğal altındadır. Mən görürəm ki, 22 ildir danışıqlar nəticə vermir. Artıq məndə bu düşüncə hakimdir ki, biz Ermənistanı torpaqlarımızdan çəkilməyə güc yol ilə məcbur etməliyik. İstər danışıqlarda, istərsə də verilən bəyanat və açıqlamalarda da Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və 7 rayonun Ermənistan tərəfindən işğal olunduğu və bu əraziləri işğaldan azad etməyin vacibliyini təkrar-təkrar dilə gətirməliyik. Həmin liberalların qaldırdığı məsələnin heç bir siyasi, hüquqi, mənəvi əsası yoxdur. İşğal faktı ortadadırsa, olduğu kimi də ifadə edilməlidir. Erməni silahlı birləşmələri Azərbaycan torpaqlarından çıxmalıdır. Yalnız bundan sonra münaqişə həllini tapa bilər”.

Politoloq vurğuladı ki, Azərbaycanın humanist mövqeyindən ermənilərin sui-istifadə etdiyi təcrübəsi ortadır: “Ermənistanda dəfələrlə olmuşam, Robert Köçəryanın və Serj Sərkisyanın özündən müsahibələrim olub, neçə il öncə gəldiyim qənaət budur ki, biz Qarabağ məsələsində gücümüzü göstərməliyik. Nə Rusiyaya, nə ABŞ-a baxmalıyıq, ancaq öz gücümüzü göstərməli və bu yolla torpaqlarımızı işğaldan azad etməliyik. İnanın ki, onda Ermənistan özü də bizimlə hesablaşacaq. Güc kimdədirsə haqq da onun tərəfindədir. Ola bilsin hansısa liberallar deyir ki, danışıqlar olmalıdır, danışıqlarda hətta işğal sözünü dilə gətirməməliyik, onlar bilməlidirlər ki, 22 ildir danışıqlar gedir heç bir nəticəsi yoxdursa işğal sözünü işlətməməklə də heç bir müsbət nəticə olmayacaq. Torpaqlarımız işğal olunub və bu faktı olduğu kimi səsləndirmək lazımdır”.

E.Şahinoğlunun sözlərinə görə, şəhid ifadəsinin işlədilməsinə qarşı çıxmaq isə o qədər absurd fikirdir ki, bu fikir azacıq tənqidə belə dözümsüzdür: “Biz müsəlman ölkəsiyik. Bizim dinimizdə də var ki, vətən uğrunda döyüşmək və canını fəda etmək ən böyük zirvəyə-şəhidlik zirvəsinə ucalmaqdır. Vətəninin bütövlüyü uğrunda savaşan və canından keçən insan şəhid adlandırılmalıdır. Bunun başqa adı ola bilməz. Lazım olsa hətta biz savaşa Allahu Əkbər şüarı altında da gedə bilərik. Vətən uğrunda savaş imandandır. Bəzi insanlara tövsiyəm odur ki, hansısa təklif və ya fikir bildirəndə heç olmasa məntiqli olsunlar və haqqında danışdıqları məsələdən bilgili olsunlar. Bilmədikləri, başı çıxmadıqları məsələlərə girişməsinlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 28-nə manatın məzənnəsi

27

Fevral
17:40
İQTİSADİYYAT
304

Metroda qatarların fəaliyyəti bərpa edildi

27

Fevral
17:20
NƏQLİYYAT
331

Bakıda metroda problem: Qatarlar tuneldə qaldı

27

Fevral
16:31
NƏQLİYYAT
564

Koronavirus artıq İsraildə

27

Fevral
16:15
DÜNYA
406

Azərbaycanda hiddət doğuran görüntü - VİDEO

27

Fevral
16:07
HÜQUQ,HADİSƏ
714

Neft anti-rekorda gedir

27

Fevral
14:55
İQTİSADİYYAT
434

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
4224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 06:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru