Azərbaycanda neft hasilatının azalması gündəmdədir - EKSPERT

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2016
16:35
3734
Azərbaycanda neft hasilatının azalması gündəmdədir - EKSPERT

Azərbaycan neft hasilatınının dondurulması ilə bağlı təşəbbüsə qoşulacaq. Aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısında Azərbaycan Rusiya tərəfindən irəli sürülən bu təşəbbüsə qoşulacaq. Ekspertlərin bəziləri Azərbaycanın bu qərarını ölkənin maraqlarına cavab verməyən bir addım kimi dəyərləndirir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, ictimaiyyətdə neft hasilatının dondurulması məsələsi tam olaraq aydınlaşmayıb və müəyyən qədər çaşqınlıq yaradıb: “Azərbaycanın Dohada keçirilən görüşə müsbət reaksiya verməsi ölkə KİV-lərində fərqli müzakirələrə səbəb olub. Hətta bəzi ekspertlərin fikrincə neft gəlirlərindən birbaşa asılı olan bir ölkənin belə bir məsələyə müsbət reaksiya verməsi ölkə iqtisadiyyatına ciddi neqativ təsir edəcək. İctimaiyyətdə neft hasilatının dondurulması məsələsi tam olaraq aydınlaşmayıb və müəyyən qədər çaşqınlıq yaradıb.

İnformasiya azılığı qeyri-dəqiq fikirlərin formalaşmasına əsas verib. Amma neft hasilatının dondurulması isə əslində Azərbaycan üçün heç bir ciddi proses sayıla bilməz. Sadəcə olaraq bu razılaşmaya qoşulan ölkələrin hasilatları yanvar ayı səviyyəsində saxlamağa razılıq verəcəklər. Azərbaycanda yanvar ayında hasilat 840 min barel tәşkil edib.

Yəni, Azərbaycan bu toplantıya qatılmaqla göstərir ki, il ərzində hasilatı bu göstəricini keçməyəcək. Amma hökumətin proqnozlarına baxsaq görərik ki, Azərbaycanda hasilatın artması deyil, azalması gündəmdədir. Bu baxımdan Azərbaycan bu foruma qoşulmaqla sadəcə öz mövqeyini bəyan etmək məqsədi güdür. Bu gün dünyada 35 milyon barel neft hasil edilir. Azərbaycan 840 min barel neft hasilatı ilə ciddi təsir gücünə malik deyil. Misal üçün Rusiya 10,5 milyon barel neft hasil edir. Sadəcə Azərbaycan hansı qərarın yanında olduğunu nümayiş etdirmək istəyir".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 13:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com