Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2016
16:12
Bakıda maşını sürüyən evakuator sürücüsü işdən çıxarıldı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda evakuatorun avtomobili sürüyə-sürüyə aparması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

İdarənin bölmə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, yedəyəalma qaydalarını pozduğuna görə sürücü barəsində inzibati xəta haqqında potokool yazılıb və o, 40 manat məbləğində cərimə edilib. 

Bundan əlavə, həmin sürücü martın 16-da qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınının əksinə hərəkət etdiyi üçün də inzibati məsuliyyətə cəlb olunub. Bu dəfə ona 100 manat və 4 bal cərimə yazılıb: 

“Görünür, sürücü bu cəzadan nəticə çıxarmayıb və yenə qayda pozub. Bu dəfə ona həm inzibati cərimə yazıldı, həm də işdən çıxarıldı”.

Kamran Əliyevin sözlərinə görə, avtomobilə hər hansı ziyan dəyibsə sürücü məsələ qaldıra bilər və dəymiş ziyan evakuator sürücüsü tərəfindən ödənilməlidir.

Qeyd edək ki, görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində lentə alınıb. Dayanma durma qaydasını pozan sürücünün "Mercedes" markalı, 10 LP 445 dövlət nömrə nişanlı avtomobilini Dövlət Yol Polisi İdarəsinin evakuatoru cərimə meydançasına aparıb. 

Amma evakuatorun heyəti heç bir təhlükəsizlik qaydasına əməl etməyib. Avtomobilin təkəri dönmüş vəziyyətdə olsa da, evakuator sürücüsü onu hərəkətin intensiv olduğu yolda sürüyə-sürüyə aparıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43386

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41663

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42777

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48294

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 18:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru