Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2016
11:29
Azərbaycanda qadınların 25%-i piylənmədən əziyyət çəkir
“Artıq çəkidən əziyyət çəkən kişilərin sayına görə ölkəmiz 7-ci yerdədir”

Litva artıq çəkidən və piylənmədən əziyyət çəkən insanların sayına görə postsovet məkanı ölkələri arasında liderdir. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatı əsasında “Azadlıq” radiosu tərəfindən hazırlanmış infoqrafikada deyilir. 

Beləliklə, Litvada kişilərin 23,7%-i və qadınların 26,7%-i artıq çəkiyə malikdirlər. Kişilər arasında ən “çəkililər”in üçlüyünə Latviya (22,2%) və Qazaxıstan (21,3%) düşüb. Qadınlar arasında isə ilk üçlüyə Rusiya (26,2%) və Azərbaycan (25,2%) daxildir.

Artıq çəkidən əziyyət çəkən kişilərin sayına görə Azərbaycan (17,8%) 7-ci yeri tutur.

Postsovet məkanı ölkələri sırasında ən “arıq” kişilər Özbəkistan, Qırğızıstan və Tacikistan, qadınlar arasında isə - Moldova, Qırğızıstan və Tacikistan yer alıb. 

“Azadlıq” radiosunun məlumatına görə, dünyada 640 milyon adam artıq çəkidən əziyyət çəkir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : piylənmə statistika 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 20:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com