Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2009
16:56
Azərbaycanda internet 3 dəfə ucuz olacaq
"Delta Telecom" şirkəti isə Wi-Max texnalogiyası əsasında Bakı və Abşeron ərzisində internetə giriş xidməti də təklif edəcək

FaktXəbərin verdiyi məlumata əsasən,  1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə enmə gözlənilir. Eyni zamanda , deyəsən, yavaş-yavaş Azərbaycanda Dial-up internet bağlantısına da son qoyulur!!! Bu haqda xeberler.az-a etibarlı mənbədən daxil olan məlumatda deyilir. Məlumata görə ilk olaraq ölkənin əsas provayderi olan «Delta Telecom»-un Provayderlərə təklif etdiyi internet tariflərində qiymətlərdə 3 dəfəyədək endirim gözlənilir. Daha sonra isə 2-ci səviyyəli  provayderlər də buna uyğun olaraq istifadəçilərə təklif  etdikləri internet  xidmətlərinin qiymətlərini endirəcəklər.

Bu fakt özünü doğrultduğu təqdirdə Provayderlər «Delta Telecom» -dan aldıqları 1 MB/san internet üçün hal-hazırda ödədikləri 275 manatın əvəzinə sentyabrın 1-dən etibarən təxminən 100 manat ödəyəcəklər. Provayderlərin özlərinin isə  istifadəçilərə 1 Mb/san interneti  cəmi 25 manata təklif etməsi nəzərdə tutulub.

Bundan əlavə uzun sürən testləşdirmədən sonra nəhayət ki, 1 sentyabr tarixindən «Delta Telecom» şirkəti  Wi-Max texnalogiyası əsasında Bakı və Abşeron ərzisində internetə giriş xidməti də təklif edəcək. Gözlənildiyinə görə 1 MB/s-lik internet trafikinin qiyməti isə təxminən 60-70 manat civarında olacaq.

Qeyd edək ki,  Wi-Max texnologiyası əsasında bu şəbəkənin olduğu ərazidə  istənilən yerdə, istənilən zaman internetə daxil olmaq mümkündür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62341

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
60074

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61754

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61392

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66881

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
61153

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61373
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2021 23:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru