Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2016
15:08
“Sovetski” sakinlərini Nərimanovda siçovullar `yeyir` - FOTO

Koroğlu Rəhimov 49, bina 98 a ünvanının sakinləri Modern.az saytına şikayət ünvanlayıblar. Şikayətdə binada siçovulların əlindən yaşayışın mümkün olmadığı bildirilir. Məlumat üçün bildirək ki, əvvəllər məcburi köçkünlərin yaşadığı bu binada “Sovetski”də evləri sökülən, mənzillərinin kvadratı az olan sakinlər yerləşdirilib. 

Binanın komendantı Yeganə Cəfərova faktı təsdiq edib:

“Problemlə bağlı Sanitariya və Epidemologiya Stansiyasına müraciət etdik. Onlar bizdən 100 manat pul istədilər. Həmçinin müqavilə bağlamaq gərəkdiyini bildirdilər. Mən şəxsən möhürüm olmadığına görə müqavilə bağlaya bilmərəm.

Həm də biz “Sovetski”dən köçən adamlarıq. Bu məbləği verməyə imkanlarımız yoxdur”.

Y.Cəfərova problemi özünün həll etdiyini deyib:

“Ona görə də şəxsən özüm dərman alıb dərmanladım. Hazırda binadakı 104 mənzildən yalnız 2-də yaşayış yoxdur. Hamısı da “Sovetski”dən gələnlərdir”.

Məqalədə : Sovetski şikayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru