Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2016
23:21
2662
Nazarbayev və Ruhani Prezident İlham Əliyevə zəng vurub

FaktXəbər-in məlumatına görə, bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurublar.

Nazarbayev Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edərək, münaqişənin beynəlxalq hüququn normaları əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi vurğulayıb.

İran Prezidenti də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlıq keçirdiyini bildirib və tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

Prezident İlham Əliyev cəbhə xəttindəki son vəziyyətlə bağlı İran Prezidenti Həsən Ruhaniyə məlumat verib və bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub, lakin Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib. Dövlətimizin başçısı təmas xəttində baş vermiş son hadisələri Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.

Prezidentlərin söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com