- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Artıq neçə gündür ki, Qarabağ mövzusu dünya KİV-lərinin diqqət mərkəzindədir. Son döyüşlər bundan xəbər verir ki, bu dəfə hərbi-siyasi vəziyyət sabitləşdirmək o qədər də asan olmayacaq. Hər halda BMT rəsmiləri öz narahatçılığını nümayiş etdirməyə çalışsalar da, əslində onlar çox gecikdi.
Azərbaycan tərəfi dəfələrlə dünya ictimaiyyətinə vəziyyətin günü-gündən gərginləşməsi və Qarabağda yeni genişmiqyaslı müharibənin başlama təhlükəsi barədə vaxtında xəbərdarlıq etmək üçün əlindən gələni edib. Lakin buna baxmayaraq, həmişə olduğu kimi neçə gün qabaqkı münaqişə dünyanın gözləmədiyi anda baş verdi.
Azərbaycan üçün heç nə gözlənilməz olmadı. Bakıda hadisələrin bu cür gedişatını gözləyirdilər, çünki son illər ərzində rəsmi Yerevanın təxribat xarakterli mövqeyi məhz bundan xəbər verirdi. Ermənilər Azərbaycan Respublikasının işğal olunmuş əraziləri şərtsiz qaytarmaq məsələsini yerli-dibli ləğv etmək üçün əlindən gələni əsirgəmədi.
Rəsmi Yerevan öz taktiki hədəfinə çatdı - barışıq ləğv oldu. Buna səbəb həm Minsk qrupunun məsələyə etinasız yanaşması oldu.
Maraqlıdır, son günlərdə baş vermiş hadisələrdən sonra “üçlük” Bakını ATƏT-in Minsk qrupunun formatının perspektiv vəd etdiyində inandıra biləcəkmi?
Aprelin 2-si Qarabağda baş vermiş hadisələr siyasi səylərin müvəffəqiyyətsizliyin nəticəsidir. Artıq neçə ildir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində heç bir irəliləyiş müşahidə edilməyib.
üç günlük müharibədə Ermənistan başda olmaqla Rusiya, ABŞ, və Fransa təkrar-təkrar deyirdi ki, Minsk qrupunun formatının alternativi yoxdur ola da bilməz. Görəsən, hansı formatdan söz gedə bilər bir halda ki, faktiki olaraq əlaqə prosesi yoxdur və siyasi proses də dalana dirənib?
Rəsmi Bakı müxtəlif sammitlərdə və mühüm tədbirlərdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni təxribatı və onun gücləndirilmiş risk faktoru barədə daim dünya institutlarına xatırladıb.
Bu fonda Ermənistan təkcə atəşkəsi pozmaqla deyil, həm də öz yeni ekspansionizm bəyanatları ilə Naxçıvanın təhlükəsizliyini və hətta Azərbaycan ərazisindən keçən beynəlxalq əhəmiyyətli energetika və nəqliyyat kommunikasiyalarının məhvi ilə hədələyirdi.
Nəhayət aqressor dinc sakinlərə atəş açanda adekvat cavab aldı. Elə bir cavab ki, bəlkə onlar bunu yuxularında belə görə bilməzdilər.
Qarabağdan itki barədə gələn xəbərlər və erməni əsgərlərinin geri çəkilməsi Azərbaycan ordusunun qeyd-şərtsiz üstünlüyünü göstərir. Düşmən aldığı ağır zərbələrdən sonra 2 aprelə qədər mövcud olan status-kvonun bərpasını istəyib.
Ermənistan rəsmiləri qorxunc bir səhnənin şahidi oldu. Onlar gözləmirdi ki, Azərbaycan ordusu bu dərəcədə peşəkar və yeni silahlarla silahlanmış olacaq.
Ermənistan öz təhlükəli addımları ilə alov içinə düşdü. Azərbaycan təhqiqat orqanları tərəfindən erməni təcavüzkarlarının Azərbaycan vətəndaşları və hərbi qulluqçularına qarşı törədikləri vəhşiliklərə görə cinayət işinin açması, bir daha göstərir ki, rəsmi Bakı qətiyyətlə işğal olunmuş ərazilərdə erməni cinayətlərinə son qoymaq istəyir.
Tofiq Abbasov
haqqin.az
- 20-02-2019 09:16 Fransanın "sarı gödəkcəlilər" dalanı - ANALİZ
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
- 30-11-2018 16:25 Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya