
Maliyyə Nazirliyi 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına dair hesabat açıqlayıb.
Nazirlikdən verilən məlumatda deyilir ki, bu ilin ilk 3 ayında dövlət büdcəsinin mədaxili 3678,1 milyon manat, xərcləri isə 2623,5 milyon manat olub. 1054,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3570,6 milyon manat proqnoza qarşı 3678,1 milyon manat və yaxud 3 faiz çox olub.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4 faiz icra edilməklə dövlət büdcəsinə 1542,0 milyon manat vəsait təmin edilib.
Həmin vəsaitin 78,5 faizi və yaxud 1210,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz-bənd çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 milyon manat təşkil edib. Dövlət Neft Fondundan dövlət büdcəsinə 1660,0 milyon manat vəsait transfert edilib.
Dövlət büdcəsinin xərcləri isə belə olub: 2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 623,5 milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə, yenidən qurulmasına 16,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 milyon manat yönəldilib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 23-06-2020 10:11 AMB-nin valyuta məzənnələri
- 23-06-2020 09:30 Nefti qiyməti bahalaşmağa başlayıb
- 19-06-2020 17:55 İyunun 22-də dolların manata qarşı məzənnəsi
- 19-06-2020 09:26 İyunun 19-da xarici valyutaların manata qarşı məzənnələri
- 18-06-2020 17:44 İyunun 19-da dolların manata qarşı məzənnəsi
- 18-06-2020 10:16 AMB-nin valyuta məzənnələri
- 17-06-2020 17:30 Sabaha olan xarici valyutaların manata qarşı məzənnələri
- 17-06-2020 09:20 Xarici valyutaların manata qarşı məzənnələri
- 16-06-2020 17:30 İyunun 17-də dolların manata qarşı məzənnəsi
- 16-06-2020 09:25 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 15-06-2020 10:00 Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb
- 12-06-2020 17:42 İyunun 16-da dolların manata qarşı məzənnəsi
- 12-06-2020 09:26 Xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 17:22 Sabaha xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 10:53 Azərbaycan nefti yenidən bahalaşıb
- 11-06-2020 09:10 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 10-06-2020 17:15 İyunun 11-də dolların manata qarşı məzənnəsi
- 10-06-2020 09:12 Xarici valyutaların manata qarşı məzənnələri
- 09-06-2020 09:44 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:37 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:10 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 06-06-2020 10:39 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 04-06-2020 11:57 Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
- 04-06-2020 09:42 İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
- 03-06-2020 17:27 İyunun 4-də dolların manata qarşı məzənnəsi