Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2016
19:18
2594
Türkiyə və Belorusun dövlət başçıları İlham Əliyevə zəng vurdu
Onlar cəbhə xəttindəki son vəziyyəti müzakirə ediblər

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma ilə əlaqədar prezident İlham Əliyevə zəng edib. O, bu gün cəbhədə həyatını itirən Azərbaycan Ordusunun hərbçilərinə özünün və Türkiyə xalqının adından Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Eyni zamanda Belarus prezidenti Aleksandr Lukaşenko da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Onlar cəbhə xəttindəki son vəziyyəti müzakirə ediblər. Belarusun dövlət başçısı həmçinin  Qarabağda gedən ağır döyüşlərə görə İlham Əliyevə narahatlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib, qarşı tərəf lazımi cavabını alıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 20:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com