Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Aprel

2016
12:02
1772
“Bank VTB” hüquqşünasdan prokurorluğa şikayət edib

"Bank VTB" hüquqşünas Əkrəm Həsənovdan Baş Prokurorluğa şikayət edib. Bu barədə məlumatı Əkrəm Həsənov özünün "Facebook" səhifəsində yayıb. 

Hüquqşünasın sözlərinə görə, "Bank VTB" (Azərbaycan) ASC-nin idarə heyətinin sədri Yakovlev Baş prokurora müraciətində yazıb ki, Əkrəm Həsənov "Facebook" səhifəsində Mərkəzi Bankı və onun sədrini təhqir edir, banklara qarşı yazır, borcluları kreditləri ödəməməyə çağırır, Rusiya əleyhinə yazmaqla millətlərarası münasibətləri korlayır, müştəriləri Rusiya banklarına, o cümlədən VTB-yə etibar etməməyə çağırır.

Əkrəm Həsənov məsələyə belə münasibət bildirib: "Mən heç vaxt heç kəsi təhqir etməmişəm. Tənqid etmişəm! Əcəb də eləmişəm! Söz azadlığıdır! İkincisi, yəni Mərkəzi Bank və Elman Rüstəmov artıq o gündədir ki, VTB-nin müdafiəsinə ehtiyac var? Mərkəzi Bank nə olsa da, Elman Rüstəmov kim olsa da, mənim ölkəmin baş bankının və baş bankirinin Rusiya bankının müdafiəsinə ehtiyacı yoxdur!

Maarifləndirmə məqsədi ilə mən bankların qanunsuz fəaliyyətindən, müştərilərinin hüquqlarını pozmasından yazmışam, yazıram və Allahın izni ilə yazacağam da. Hüquqşünas olmağım bir tərəfə, vətəndaş və tədqiqatçı kimi düzgün hesab etdiyim fikirlərimi bölüşmək mənim borcumdur. Təbii, mən nədəsə səhv də edə bilərəm. Banklar buyursunlar, əks-arqumentlərini ortaya qoysunlar, müzakirə edək. Yoxsa qanunu pozaraq namərdcəsinə vətəndaşları borca görə həbs etdirməsinlər, onlara hədə-qorxu gəlib intihara sövq etməsinlər.

Əkrəm Həsənov deyir ki, o, heç vaxt rus xalqına qarşı çıxışlar etməyib: "Rus xalqına böyük hörmətim, mədəniyyətinə bağlılığım var, təhsilimi rus dilində almışam (hətta rusca şeir də yazıram). Mən Rusiyanın imperialist siyasətinə qarşı çıxış edirəm. 20 yanvar, Xocalı faciələrini törətmiş, ermənilərə torpaqlarımızı işğal etməkdə və saxlamaqda dəstək olmuş Rusiya dövlətinə qarşı çıxış edirəm. 

Mən hər sözümə görə cavab verməyə hazıram. VTB-ni nəsə qane etmirsə, məhkəməyə müraciət etsin. Əlbəttə, əgər "Nikoyl Bank"ın mənimlə məhkəmə çəkişməsindəki rüsvayçı aqibətindən qorxmursa!"

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru