Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Mart

2016
20:37
2552
Həcc ziyarətinin QİYMƏTLƏRİ

Azərbaycanda bu il Həccə gedəcək zəvvarlar üçün ziyarət xidmətlərinin qiyməti açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, builki Həcc ziyarətlərinin qiyməti müvafiq olaraq 3500 və 4500 ABŞ dolları təşkil edir.

Gündə iki dəfə yemək verilən və komfortu az olan otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4500 dollardır. Bu, ötənilki qiymətlərdən bir qədər ucuzdur. Ötən il Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 5750 dollar, nisbətən zəif şəraitli, 6 nəfərlik otaqlara malik hotellərdə qalmaq üçünsə 4700 dollar ödənilib.

2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Builki limit ötənilkindən az - 1500 nəfərdir. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Məqalədə : Həcc qiymət 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru