Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

30 Mart

2016
21:10
3667
Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud tədbiri keçirilib - VİDEO

FaktXəbər-in məlumatına görə, bu gün Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının təşkilatçılığı ilə İslam Peyğəmbərinin əzi qızı Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən AİP-in sədr əvəzi İlham Əliyev müqəddəs gün münasibəti ilə bütün xanımları və dünya müsəlmanlarını təbrik edərək, Həzrəti Zəhranın (s.ə) şəxsiyyəti və fəzilətləri barədə tədbir iştirakçılarına məlumat verib.

AİP-in sədr əvəzi bildirib ki, Xanım Fatimeyi-Zəhranın (s.ə) həyatına bir neçə istiqamətdən baxmaq olar: “Bura o Həzrətin(s.ə) uşaq illəri, atası həzrəti peyğəmbərlə birgə olduğu illər və atasından müdafiə eləməsi, ailə qurduqdan sonra İmam Əli(ə)-la birgə yaşadığı müddəti daxildir. Xanım Zəhra(s.ə) əziz anası Həzrəti Xədicə(s.ə)-nın vəfatından sonra həzrəti peyğəmbərin xidmətində və qulluğunda elə durdu ki, “atasının anası” ləqəbini qazandı. “

Xanım Zəhranın (s.ə) ailə qurduqdan sonra da həyatının məşəqqətli və insanlara örnək olduğunu söyləyən ilahiyyatçı-alim bildirib ki, o həzrət, İmam Əli (ə) və övladları qarşısında öz vəzifəsində olduqca ləyaqətli formada icra edib: “Xanımın evdarlıq səliqəsi və ədəb-ərkanı olduqca diqqət olunası bir məsələdir. Bir xanımın ailəni ən gözəl formada necə idarə edə bilərdisə, Fatimeyi-Zəhra (s.ə) bu sahədə də insanlara nümunə ola bildi. Əli(ə) ona qarşı edilən haqsızlıqlar və zülmlərə rəğmən evə daxil olduqdan sonra hər şeyi unudurdu. Bunlar hamısı Xanım Zəhranın (s.ə) şəxsiyyətindən və üzərinə düşən xanımlıq vəzifəsini icra etməkdən doğurdu. Peyğəmbərimizin İmam Əlidən (ə) soruşduğu “Fatimeyi Zəhra(s.ə) sənin üçün necə bir xanımdır” – sualına o həzrət “Xanım Zəhra (s.ə) mənim üçün Allaha bəndəçilik etməkdə ən böyük köməkdir” – deyə cavab verib. Yəni xanımın ailədə ən gözəl və üstün məqamlarından biri də budur ki, öz həyat yoldaşına Allaha bəndəçilikdə və ibadətdə yardım etmiş olsun.”

Daha sonra çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bildirdi ki, hər bir qadın üçün Fatimeyi-Zəhrada (s.ə) olduqca böyük və mühüm nümunələr var: "Həyatın bütün sahələrində istər həyat yoldaşı, istər valideyn, istərsə də övlad və digərləri ilə necə davranmaq istəyiriksə gərək bunun üçün Xanımın həyatına nəzər salaq. Bizlər də öz növbəmizdə xanıma oxşamağa çalışmalıyıq. Bunun üçün də ən mühüm olan budur ki, öz əməllərimizə ciddi şəkildə diqqət etməli və saleh əməllərimizi artırmalıyıq. Yəni sevgi və iddialarımız əməllə öz təsdiqini tapmalıdır.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru