Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2016
11:56
Daxili İşlər Nazirliyində yeni sayt istifadəyə verildi

FaktXəbər-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni vebsaytı (http:/bpqmi.gov.az/) vətəndaşların istifadəsinə verilib.

Sayt vasitəsilə vətəndaşlar ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, Baş İdarənin səlahiyyətlərinə aid bir sıra digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər.

Saytın elektron xidmətlər bölməsi vasitəsilə Baş İdarəyə elektron olaraq müraciət etmək, həmçinin, müvafiq rüsumları online ödəmək də mümkündür.

Bundan əlavə, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi haqqında BPQMİ tərəfindən hazırlanmış xüsusi maarifləndirici videoçarxlar da vebsaytda yerləşdirilib. Həmin videoçarxlarda vətəndaşlara sənədlərin verilmə proseduru vizual olaraq qısa, lakin dolğun izah edilir.

Qeyd edək ki, BPQMİ vətəndaşlara göstərilən xidmətin, fəaliyyətinin daha da təkmilləşdirilməsi üzərində daim çalışır. Buna misal olaraq paytaxt da daxil olmaqla respublikanın bütün bölgələrində səyyar xidmətlərin təşkilini, SMS bildiriş imkanının aktivləşdirilməsini, Facebook üzərindən vətəndaşlarla ünsiyyətin qurulmasını göstərmək olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8216

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6984

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8494

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12567

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8243
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-07-2020 11:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru