Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Mart

2016
12:41
3065
Bakıda inanclı gənclərdən Brüsseldəki terrora qeyri-adi etiraz – FOTO

Bakıda bir qrup inanclı gənc İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) sevimli qızı Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu günü maraqlı addım atıb. FaktXəbər-in məlumatına görə, inanclı gənclər ötən həftə Belçikanın paytaxtı Brüssel şəhərindəki terror aktlarına etiraz olaraq Bakıdakı kilsələrdən birinə baş çəkib. 

Rus-pravoslav kilsəsində xristainlarla görüşən və onlara gül dəstələri təqdim edən gənclər, İslam dininin terrorla heç bir adiyyatının olmadığını, əslində İslam dininin dünyada sülh və əminamanlğın tərəfdarı olduğunu nümayiş etdiriblər. 

Xanım Zəhranın (s.ə) mövludu günü kilsə ziyarətçilərinə gül dəstələri təqdim edən gənclər, Xanım Məryəmin (ə) İslam dinində müqəddəs xanımlardan biri kimi qəbul olunduğunu da xristianların diqqətinə çatdırıblar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru