Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2016
12:59
Dünyanın ən təhlükəli hakerləri necə və niyə tutuldu - FOTOLAR

FaktXeber.com olaraq kompyuter tarixinin ən cəsarətli hücumlarından bəzilərini təqdim edirik.

1. Kevin Mitnik Pentaqondan  Motorola kompaniyasına kimi ən müxtəlif müəssisələrin sistemlərinə hücum edib. Nəticədə onu hökumətə elə öz haker yoldaşı təslim edir. O, bunu Mitnikin  hətta hakerlik ölçülərinə görə belə  cəmiyyət üçün həddindən artıq böyük təhlükə daşıması ilə izah edirdi. Kevin 1 il müddətinə azadlıqdan mərum edilir, həmçinin gələcəkdə telefon və kompyuterdən istifadə etməsi də qadağan olunur. Bununla belə 1990-cı ildə vaxtından əvvəl şərti azadlıqdan sonra  məhkəmənin  saytından sirli surətdə  proses barədə bütün məlumatlar silinir, nəzarətçinin  nömrəsi  bloka düşür və  bank hesabı sındırılır. Bütün anticəmiyyət karyerası dövrü  Mitnik iddia edirdi ki, o ancaq sırf idman marağına əsasən fəaliyyət göstərir.

2. Robert Moris 1988-ci ildə internetin əsl ölçülərini müəyyən etmək üçün  tarixdə ilk  kompyuter qurdunu yaradır. Qurd internetin sahəsini ölçməkdən əvvəl düşdüyü  kompyuterlərin sistemlərini dağıdır. Eksprementin ümumi zərəri 15 milyon dollar hesablanır. Ədalət məhkəməsi zamanı  Robert Morris əməllərindən peşman olduğunu etiraf edir.

3. Rusiyalı Vladimir Levin 1994-cı ildə  Peterburqdakı evində oturaraq Sitibankın müştərilərindən 10 milyon dolları öz hesabına köçürür. Onu tutarkən pulları qaytarmalı olsa da, 400000 artıq geriqayıtmaz şəkildə xərclənmişdi.

4. «Qara Dante» ləqəbli Kevin Poulsen  əsasən radio, telefon və internet qovşaqlarında işləyirdi. O,  radiostansiyaların telefon liniyalarına  girərək  radioviktorinaların bütün mükafatlarını udur. Bir dəfə o, 102-ci zəng edən olur və 944 Porsche S2 udur. Bundan az sonra isə 51 ay həbs müddəti qazanır. 

5. 2002-ci ildə  Amerika silahlı Qüvvələrinin 2000 kompyuteri birdən birə işdənq dayanır, ekranlarda isə belə bir ironiyalı yazı görünür: «Sizin təhlükəsizlik  sisteminizdən  də yoxdur». NASA  agentliyini də eyni tale gözləyir. Məlum oldu ki, hərbi tarixdə ən böyük kiber hücum şotlandiyalı sisadmin Hari MakKinnonun işi idi. O, əmin idi ki, NUO barədə həqiqətlər gizlədir. Amerikalılar hakerin  ekstradisiyasını  tələb etsə də, Britaniya hökuməti bu günə kimi həmin tələbi yerinə yetirməyi. Bundan əlavə, London Meri Boris Conson və Mühafizəkarlar Partiyasından Stinqdən tutmuş Stiven Fraya kimi bir çox tanınmışlar mütəmadi olaraq ona dəstək çıxışı edirlər. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 18:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com