Putindən Kerriyə çamadan zarafatı - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Mart

2016
11:26
4025
Putindən Kerriyə çamadan zarafatı - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ dövlət Katibi Con Kerri, Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı Putin, təyyarədən enəndə çamadanını özü ilə daşıyan Kerriyə "İçində pul var"?  - deyə zarafat edib. Kerri isə, "İçində nə olduğunu göstərəndə təəccüblənəcəksən" - deyə cavab verib.

Rusiya rəhbərliyi Suriya və Ukrayna böhranlarını müzakirə etmək üçün Moskvaya gələn ABŞ-ın Dövlət Katibi Con Kerri, Kreml Sarayında Putin tərəfindən qəbul edilib. Rusiya lideri özünəməxsus zarafatları ilə Kerriyə çətin anlar yaşadıb.

Putin, "Sizi Moskva hava limanında təyyarədən necə düşdüyünüzü görəndə çox təəccübləndim. Çamadanını özün daşıyırdın. Bu demokratik davranışdır. Digər tərəfdən isə düşündüm ki, görəsən içində başqasına etibar edə bilməyəcəyi qiymətli əşya var?. Məsələn, içində pul var. Bizimlə keçirəcəyiniz görüşlərdə mühüm məsələlərdə bizi satın almaq istəyirsiniz." - deyə kinayə ilə zarafat edib.

Putinin bu sözlərindən sonra bir neçə saniyə çaş-baş qalan Kerri, "Məncə, çamadanın içində nə olduğunu sizə göstərəndə təəccüblənəcəksiniz. Yaxşı bir sürpriz olacaq" -  deyə cavab verib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com