Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2016
10:34
2705
Yuxusuzluq insanı yavaş-yavaş öldürür

Bir-birinin ardınca yuxusuz qalmaq şəkərə, eyni zamanda erkən qocalmaya səbəb olur.

Mütəxəssislər apardıqları araşdırma nəticəsində belə qənaətə gəlib. 1741 nəfər qadın və kişi üzərində 14 il boyunca aparılan aparılan araşdırmanın nəticəsinə görə, gündə 6 saatdan az yatanlarda ölüm riski normadan yüksəkdir.

Onlar müəyyən ediblər ki, bir neçə gün yuxusuz qalmaq qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir.

Yuxusuz qalmaq, eyni zamanda insan beyninin erkən qocalmasına da gətirib çıxarır. Yata bilməyən beyin gücləndirilmiş iş rejimi ilə işləyir ki, bu da onu vaxtından əvvəl yorur və beyində qısa müddətdə çox sayda neyron ölür. Üstəlik proses təkcə qocalma ilə yekunlaşmır. Bundan başqa yaddaş zəifləyir, insan qərar qəbuletmə bacarığını itirir, aqressivləşir. Hətta ifrat yuxusuzluq ölümlə də nəticələnə bilər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 14:54

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status