Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2016
16:58
2914
Azərbaycanda benzinin keyfiyyəti artırılacaq – YENİ TEXNOLOGİYA GƏLİR

“Honeywell UOP Technology” şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidənqurma və modernizasiyası layihəsinə qoşulub. FaktXəbər-in fins.az-a istinadən məlumatına görə, bu barədə “Honeywell UOP Technology”-nin internet səhifəsində bildirilir.

“SOCAR zavodda ciddi emissiya standartlarına cavab verən yüksək keyfiyyətli benzin istehsalı üçün “Honeywell UOP” texnologiyasından istifadə edəcək. Türkiyədə inşa edilən “Star” neft emalı zavodu da “Honeywell UOP” texnologiyasına əsaslanır”, - deyə “Honeywell UOP”nun vitse-prezidenti və baş meneceri Pete Piotrovski deyib.

Heydər Əliyev adına neft emalı zavodunun yenidənqurma və modernizasiyası prosesinin 2020-ci ilin sonlarında başa çatdırılması və zavodun emal gücünün 7,5 milyon ton/il artırılması nəzərdə tutulur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 14:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com