Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2016
22:08
2735
Ərdoğanın səfəri təxirə düşdü, İlham Əliyev Türkiyəyə gedir

Bu, Azərbaycan iqtidarı, xüsusi ilə prezident Əliyev tərəfindən böyük və riskli bir jest hesab oluna bilər

Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək. APA-nın Türkiyənin rəsmi “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, toplantının Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidentindən gəlib.

Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki  həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.

Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər çərçivəsində də Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməli idi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
51

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
72

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
95

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
645

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
476

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
491

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
544
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 11:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru