Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2016
12:01
Dövlət Statistika Komitəsində bir vakant yerə 158 şəxs namizədliyini verib

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 5 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 92 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün fevralın 9-da elan etdiyi müsabiqə üzrə namizədlərin qeydə alınması başa çatıb.

Bu barədə Komissiyanın mətbuat xidmətindən bildirilib.

Müsabiqə üzrə 2 687 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin 92,18%-i Dövlət Statistika Komitəsi üzrə olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Məlumatların beynəlxalq mübadiləsi sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (158 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Ətraf mühit statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (143 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Energetika statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (139 namizəd) və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin İqtisadi balanslar sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (111 namizəd) olub.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında "Test imtahanlarının qrafiki" bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı;

- qanunvericilik sahəsində - 40 test tapşırığı;

- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (http://dqmk.gov.az/index.php/home/post/1270 ) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61163

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58925

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60603

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60242

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65775

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60075

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60232
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 01:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru