Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2016
15:15
Rusiyada azərbaycanlıya soyadsız yaşamağa icazə verilib

Rusiyada azərbaycanlıya soyadsız yaşamağa icazə verilib.

Kalininqrad şəhərinin Moskva rayon məhkəməsi vaxtilə Murmansk vilayətində yaşamış 1967-ci il təvəllüdlü Etibar adlı azərbaycanlı ilə bağlı müvafiq qərar çıxarıb.

Həmin şəxsin heç vaxt soyadı olmayıb. O, yalnız bu yaxınlarda vərəsəliklə bağlı sənədləri rəsmiləşdirmək istəyərkən problemlə üzləşib.

Etibar dünyaya gələn zaman ailəsi nadir milli adətə görə ona soyad verməyib. Onun doğum haqqında sənədi, habelə hərbi bileti soyadsız rəsmiləşdirilib. Etibar 2003-cü ildə Rusiya vətəndaşlığı alıb. Onun bütün sənədlərində soyad yeri boş olub.

Etibar yalnız 2013-cü ildə, həyat yoldaşı vəfat edəndən sonra problemlə üzləşib. Qadın ona mənzildən pay və pul miras qoyub. Notarius isə onun mirasını rəsmiləşdirməkdən imtina edib və hesab edib ki, pasport və nikah haqqında sənəddə soyadın olmaması qanuna uyğun deyil. Nəticədə azərbaycanlı məhkəməyə müraciət edib. Məhkəmə Uşaqların hüquqları barədə konvensiyaya istinad edərək ərizəçini haqlı hesab edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 11:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com