Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2016
11:07
4006
Neft Fondu bu gün hərraca daha 50 mln. dollar çıxaracaq

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsi ilə martın 9-da keçiriləcək növbəti hərraca 50 mln. ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxaracaq. Bu barədə bank dairələrindən məlumat verilib.

"Report"un analitik qrupu qeyd edir ki, kommersiya banklarının cari tələbatının əvllki səviyyədə qalacağı və təklifi üstələcəyi təqdirdə, martın 10-na dolların rəsmi məzənnəsinin minimum 1,6309 AZN/USD olacağı gözlənilir: "Lakin məzənnənin proqnozlaşdırılan səviyyəni də üstələyəcəyi istisna edilmir və bu, banklararası əqdlərin olub-olmaması və bu seqmentdəki balansdan asılı olacaq". 

"Sabah dolların məzənnəsi ən azı 1,6309 manat müəyyən edilərsə, marja nəzərə alınmaqla kommersiya banklarında ABŞ valyutasının satış məzənnəsi maksimum 1,6961 AZN/USD-yə kimi artırıla bilər", - deyə analitiklər qeyd ediblər.

Qeyd edək ki, bu gün Bakıda nağd dollar 1,6700 manat qiyməti ilə satılır, lakin marja nəzərə alınmaqla maksimal satış məzənnə 1,6877 AZN/USD-yə kimi artırıla bilər.

Xatırladaq ki, martın 7-də ARDNF hərracda 50 mln. dollar həcmində valyutanı satışa çıxarıb və kommersiya bankları bu məbləğin 49,7 mln. dollarını alıb. Nəticədə, bu günə rəsmi məzənnə 1,6228 AZN/USD səviyyəsində müəyyən edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
642

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
129

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
93

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
85
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru