Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2016
12:56
Prezident hava haqqında səhv məlumata görə sinoptiki qovdu

FaktXəbər-in verdiyi məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov  Milli Hidrometrologiya  Komitəsinin rəhbəri  Batır Xallıyevi səhv hava proqnozuna görə qovub.

Hökumətin iclasında  çıxış edən dövlət başçısı bəyan edib ki, türkmən sinoptiklərin əsas çatışmayan cəhəti hava məlumatının səhv olmasıdır.

«Biz Milli Hidrometeorologiya Komitəsinin  işinin yaxşılaşdırılması üçün müasir administrativ bina tikdirdik, komitəyə maliyyə  yardımı etdik, çoxlu sayda lazımi avadanlıqlarla təchiz etdik. Xallıyev də söz verdi ki, bundan sonra hava məlumatları dəqiq olacaq. Ancaq bunun əksinə son zamanlar hava məlumatlarında yanlışlıqlar daha çoxdur» - deyə Berdımuhammedov bildirib.

Dövlət başçısının sözlərinə görə, bu kənd təsərrüfatı işlərində neqativ təsirlər qoyur, nəqliyyat sisteminin işində , kütləvi mədəni tədbirlərin təşkilinə çətinliklər yaradır, insanlara narahatçılıq verir.

Bununla əlaqədar Xallıyev vəzifəsindən azad olunub. Yeni rəhbər isə  Beqenç Miminov seçilib. 

Bundan əlavə, iclasda Statistika Komitəsinin rəhbəri də vəzifəsindən azad olunub. O, statistik məlumatları şişirtməkdə ittiham olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52912

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51127

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52558

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52240

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57697

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51906

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 09:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru