Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2016
11:51
`Sovetski`də kompensasiya verilişi dayandırılıb

İcra hakimiyyəti vətəndaşlara "bir müddət gözləməyi" məsləhət görüb

Bakının mərkəz hissələrindən sayılan "Sovetski" adlanan ərazisində söküntü işləri davam edir. İnsan Hüquqları İnstitutunun bu ərazidə apardığı araşdırmalar bir sıra maraqlı faktları ortaya çıxardıb. 

Yerli əhali ilə söhbət zamanı hazırda Yasamal Rayonu Söküntü Komissiyasının mənzillərə kompensasiya verilişini dayandırdığını, vətəndaşlara "bir müddət gözləyin" cavabı verildiyini söyləyiblər. Azkvadratlı mənzillərin sahiblərinə Nərimanov rayonu, Koroğlu Rəhimov 9 ünvanındakı inşa olunan binada mənzillər veriləcəyi gözlənilir. 

Müqavilə və mənzillərin təhvilinə dair müvafiq akta imza atan vətəndaşlara hər ay üçün 200 manat olmaqla, toplam 400 manat kirayə mənzillər üçün vəsait ayrılıb. Kirayə üçün vəsait 2 aylıq verilir. Bu vəsait vətəndaşlara "Azərtürkbank"da hazırlanmış plastik kartların hesablarına yatırılmaqla ödənilir. Vəsaiti ATM-dən çıxardıqda vətəndaşın hesabından hər hansısa əlavə komissiya haqqı tutulmur. Bu qayda ancaq "Azərtürkbank" və "Azərbaycan Beynəlxalq Bankı"nın ATM-ləri üçün nəzərdə tutulub.

İnsan Hüquqları İnstitutunun apardığı araşdırmaya görə, söküntü ərazisindəki tarixi-mədəni və arxitektur abidələrin saylarında azalma baş verib: "2014-cü ilin martında mədəniyyət və turizm nazirinin mətbuat katibi İntiqam Hümbətov söküntü zonasında 230 tarixi və mədəni əhəmiyyətli binanın olduğunu söyləyib.  2014-cü ilin aprel ayında Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov mətbuata açıqlamasında tarixi əhəmiyyətli evlərin sayının 168 olduğunu deyib. 

2014-cü ilin dekabrında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ərazidə ümumi sayı 118 tarixi evdən 30-a yaxın tarixi binanın sökülməyəcəyini deyib. Bundan başqa bir çox evlərin tarixi və mədəni əhəmiyyəti olmadığını bildirib. 

Ərazidə bir çox tarixi və mədəni əhəmiyyətli tikililər var. Bunlara misal olaraq Abdulla Şaiqin və Abbas Mirzə Şərifzadənin ev muzeyləri, 1920-ci ildə yaradılmış Əli Bayramov adına Qadınlar Klubu misal ola bilər. "Sovetski" ərazisində 2001-ci ildə Nazirlər Kabinetinin tarixi-mədəni əhəmiyyətli paytaxt Bakı şəhərində tikililərin siyahısında 200-ə yaxın tikilinin olması qeyd olunsa da, yuxarıda qeyd olunmuş məsul vəzifəli şəxslərin dediyi rəqəmlər daha azdır.

Bundan başqa 2016-cı ilin yanvarında Nazirlər Kabineti Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları ərazisində də söküntü işlərinin aparılmasına qərar verib. Söküntü işləri ilə bağlı hazırlıqlara yaxın vaxtlarda başlanacağı bildirilir". 

Məqalədə : Sovetski kompensasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
35

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
156

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
415

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
215

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
280
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru