Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2016
16:36
2599
Səudiyyə Ərəbistanını neftdə yeni bir rəqib gözləyir

Səudiyyə Ərəbistanı ABŞ-ın şist qazı istehsalçıları ilə girişdiyi bazar payı müharibəsini udsa belə, milyard barellik yeni bir rəqiblə üzləşəcək.

Bu rəqib regional güc İran, yenidən dirilən İraq ya da uzun müddətdir rəqib olan Rusiya olmayacaq. Cavab çox "dadsızdır": Neftbazalardakı yüksək ehtiyatlar.

Artıq hasilata son qoyulsa da, 2014-cü ildən bu yana yığılan 1 milyard barreldən artıq ehtiyatlar qiymətlərə təsir göstərəcək. Beynəlxalq Enerji Agentliyi ehtiyatların 2017-ci ilin sonuna qədər artmağa davam edəcəyini və təklif çoxluğunun bazardan çəkilməsinin illər alacağını deyir.

Nyu-Yorkda Societe General SA-nın neft bazarları üzrə mütəxəssisi Mike Wittner, "İlin sonuna gələndə, təklif və tələb tarazlığa yaransa belə, bazar ehtiyatlarda azalma olduğuna dair dəlil gözləyə bilər",- deyib.

2014-cü ildə açıqlandığından bu yana, Səudiyyə Ərəbistanın dünyada neft bazarlarındakı təklif artığını yüksək xərcli istehsalçıları sıxışdıraraq yenidən tarazlığa gətirmək strategiyasının olduqca əziyyətli olduğu ortaya çıxdı. Bu prosesdə ötən ay neftin barrel qiymətinin 30 dollardan aşağı düşdü. ABŞ istehsalındakı mərhələli azalma olsa da, təklifin artmağa davam edəcəyinə dair siqnallar verir. Bu prosesin ikinci mərhələsində, ehtiyatların yavaşca azalması prosesin ən uzun hissəsi ola bilər.

Goldman Sachs Group, bugünkü prosesə tarixi bir misal olaraq, Asiya maliyyə böhranı ərəfəsində tələbatın geri çəkilməsilə 1998-dən 1999-a qədər baş verən təklif artıqlığı problemini göstərir. Neft qiymətləri düşməyə davam etmiş, OPEC üzvləri Mart və daha sonra 1998-ci ilin İyun ayında istehsalı azaltmaq barədə qərar vermişdi. Həmin ilin Dekabr ayında neftin barrel qiyməti Londondakı əməliyyatlarda 10 dollarıdan da aşağı geriləmişdi.

Neft qiymətlərində normallaşma inkişaf etmiş iqtisadiyyatlarda ehtiyatlar azalmağa başlayana qədər baş verməmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
89

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
88

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
108

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
655

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
482

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
500
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 12:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru