Diktator düşüncəsinə səs vermək olarmı? - ANALİZ

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2016
12:21
4309
Diktator düşüncəsinə səs vermək olarmı? - ANALİZ

ABŞ-da baş tutan daxili seçkilərin nəticəsi bəlli oldu. Demokratlardan Hillari Klinton, Respublikaçılardan isə Donald Tramp prezident seçkilərində rəqabət aparacaqlar.

Sovet vaxtı xalqın demək olar ki, 90 faizi siyasi savaddan məhrum idilər. Yəni sistem elə qurulmuşdu ki, siyasəti yalnız yuxari siyasi dairələrdə işləyənlər bildirdi. Qalan insanlar isə dövlətin ağzına baxırdı. Onlar nə təbliğ edib desəydilər, onu da doğru, düzgün bilib, itaət edirdilər.

Amerikanı bizə, keyfiyyətdən uzaq olan McDonlads kimi elə təbliğ ediblər ki, hətta bilə-bilə onu fəxrlə yeyirik. Amerika cəmiyyətini araşdıran müstəqil ekspertlər və bu ölkə haqda yaxından maraqlanan insanlar bildirirlər ki, siyasi savad baxımdan ABŞ əhalisi sovet xalqından heç də fərqlənmir.

Bu ölkədə də siyastlə müəyyən dairələr məşğul olur. Əhalini istər ictimai, istər siyasi və ya iqtisadi baxımdan elə tərbiyə ediblər ki, onlar həmin dairələrin diktə etdiyi siyasətdən başqa özlərinə yol seçə bilmir. Daha doğrusu bu haqda düşünə belə birmirlər. Onu demək istəyirəm ki, Amerikada xalqın düşüncəsini çox məharətlə və hissolunmaz şəkildə ələ alıb istədikləri kimi idarə edirlər.

Misal üçün, Amerika əhalisi heç vaxt düşünə bilmir ki, niyə yalnız iki partiyadan olan namizədə səs verməlidirlər. Görəsən, bu iki partiyanın fikriləri ilə müxalif olan insan və ya namizəd ola bilməzmi? Əgər olsa belə, ədalətsiz təbliğat sistemi elə qurulub ki, kənar namizəd görünməz hala gətirilir. Amerikadakı seçkilərin Sovet dönəmi ilə fərqi yalnız keçirilən seçki şousunda və təkpartiyalıq sistemi əvəzinə, qayçının ikibaşı kimi olan ikipartiyalı sistemdir.

Bu partiyalara mənsub olan nümayəndələr və ya prezidetlər müəyyən öhdəlik əsasında namizəd olub, seçkilərdə iştirak edə bilər. Məhz bu səbəbdəndir ki, ABŞ-da prezident olacaq istənilən şəxs xalqdan daha çox yəhudi təşkilatlarına və bəzən İsrailə hesabat verməlidirlər. Dünya mediası və təşkilatları onların əlində olduğundan, sadəcə kimsə onları sorğuya çəkmək iqtidarında deyil.

Bütün bunlara rəğmən Amerika əhalisnin əyyaşlıqda ad çıxarmış, irqçi və diktator düşüncəsinə malik olan Donald Trampa səs verməsi təəccüblü görünməməlidir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 20:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com