Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2016
09:33
3336
Manat Mərkəzi Bankın və Neft Fondunun ehtiyatlarını `yeyəcək`
Qubad İbadoğlu Mərkəzi Bankın yürütdüyün manat siyasətindən danışıb

Əvvəlki illərlə müqayisədə gecikdirilməklə ictimaiyyətə tədqim olunan məlumatdan görünür ki, ötən il ərzində yalnız Azərbaycan Mərkəzi Bankının (AMB) deyil, həmçinin ARDNF-nin, yəni bütövlükdə Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları azalıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2015-ci il üzrə gəlir və xərclərinə dair məlumata istinadən bildirib. Onun sözlərinə görə, ölkənin ən iri valyuta ehtiyatlarına malik olan ARDNF-nin 2016-cı il yanvarın 1-ə olan aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 milyard 574 milyon 100 min ABŞ dollar təşkil edib: "Yəni son 1 ildə 3 milyard 530 milyon dollar azalaraq 2012-ci il səviyyəsindən də aşağı düşüb. Bu dövr ərzində isə AMB-nin valyuta ehtiyatları 2008-ci ilə səviyyəsinə qədər azalıb və bütövlükdə Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 2016-cı il yanvarın 1-ə, 38,6 milyard ABŞ dolları təşkil edib ki, bu da demək olar ki, i 2011-ci ilin ortalarına olan vəziyyəti xarakterizə edir".

Ekspert bildirir ki, hazırda hökümətin qarşısında duran başlıca vəzifələrdən biri də cəmi valyuta ehtiyatlarının ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməmək olmalıdır: "Bu isə bir tərəfdən MB-nin valyuta ehtiyatlarının qorunmasını, digər tərəfdən də ARDNF-nin isə vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin artırılmasını tələb edir".

Qubad İbadoğlu həm daxili və həm də xarici bazarın konyukturasını nəzərə alaraq, hər iki qurum qarşısında çox mürəkkəb vəzifə dayandığını vurğulayıb: "Belə ki, manata təzyiqin artdığı indiki situtasiyada AMB-nin bu vəzifənin yerinə yetirməsi inandırıcı görsənmir. Çox güman ki, AMB indiki məzənnə siyasətini davam etdirərsə, ən tezi 3 aya və ən geci isə 6 aya ona məxsus valyuta ehtiyatları bitəcək. ARDNF-yə gəlincə, artıq 2-ci ildir ki, onun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlər davamlı olaraq azalır. Ötən il bu fəaliyyətdən 335,6 milyon manat qazanc əldə edən ARDNF-nin gəlirləri illik 1 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin aktivlərdə xüsusi çəkisi 2013-cü ildə 1,34 faiz, 2014-cü ildə isə 1,04 faiz olub. Bu istiqamətdə ən yüksək göstəricilər 2007-ci ildə - 4,5 faiz, 2008-ci ildə - 3,8 faiz , 2009-cu ildə isə 3,29 faiz qeydə alınıb. Hazırda dünya maliyyə bazarlarında risklərin artması bu sahədə işi çətinləşdirir. Odur ki, ARDNF mühafizəkar sərmayə siyasətinə uyğun olaraq daha az riskli və müvafiq sabit gəlirliliklə müşaiyət olunan aktivlərə yatırımlar edir".

İqtisadçı, bu səbəbdən yaxın gələcəkdə də DNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin artacağını proqnozlaşdırmağıa dəymədiyini bildirib.

"Deməli, dövlətin strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar iştirakçılarının tələb və təklifi əsasında sərbəst müəyyənləşdirilməsidir. Əks tədqirdə manat yalnız Mərkəzi Bankın deyil, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarını "yeyəcək" - deyə ekspert sözlərini yekunlaşdırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com