Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2016
14:02
2646
İlham Əliyev AŞPA prezidenti ilə görüşüb

Prezident İlham Əliyev martın 1-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib.

FaktXəbər-in AzerTac-a istinadən verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlət başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Təşkilatla tamhüquqlu əməkdaşlığımızın 15 illik bir tarixi əhatə etdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirib. Dövlət başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə edib. 

Bakıya səfərindən məmnunluğunu ifadə edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd etdi və Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin qarşılıqlı inam və hörmət prinsipləri əsasında daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
643

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
131

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
95

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
86
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru