Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2016
12:57
Elmar Məmmədyarov Pedro Aqramuntu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə FaktXəbər-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edildi və tərəflər arasında konstruktiv dialoq və anlaşma şəraitində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı və ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırıb.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. O, münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğunu vurğulayaraq, beynəlxalq təşkilatların bu məsələyə xüsusi diqqət yetirməli olduğunu nəzərə çatdırıb.

Parlament diplomatiyasının əhəmiyyətinə toxunan Nazir Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycanın təşkilat ilə uğurlu əməkdaşlıq göstərdiyini bildirərək, əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 10:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com