- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

FaktXəbər-in verdiyi məlumata görə, 2015-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 7 721,1 milyon manat, büdcə xərcləri isə 9 187,7 milyon manat təşkil edib.
Ötən il ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 369,6 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon manat olub. Fond vəsaitlərinin idarə olunmasından 335,6 milyon manat gəlir, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına isə 23 217,8 milyon manat büdcədənkənar gəlir əldə edib.
Hesabat dövrü ərzində, ARDNF-in 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 130,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 61,5 milyon manat vəsait ayrılıb. 35,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılmışdır. 2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib. 2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 574,1 milyon ABŞ dollarına bərabər olub.
- 20-02-2019 11:58 Azərbaycan şəkər idxalını kəskin artırıb
- 20-02-2019 09:59 Bakıda Cənub Qaz Dəhlizi Şurasının iclası keçirilir
- 20-02-2019 09:25 Xarici valyutaların manata qarşı məzənnələri
- 19-02-2019 16:27 Azərbaycanda avtomobil benzini istehlakı artıb
- 19-02-2019 14:17 Ötən ay ölkədə 89 minik avtomobili istehsal olunub
- 19-02-2019 12:01 Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb
- 19-02-2019 11:20 Banka getmədən hesab açmaq mümkün olacaq
- 19-02-2019 11:11 Ülvi Mehdiyev "ASAN Finans"dan danışıb
- 19-02-2019 09:58 Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
- 19-02-2019 09:36 Azərbaycanda qaz hasilatı 23% artıb
- 19-02-2019 09:32 Azərbaycan Afrikadan qoyun idxal edəcək
- 18-02-2019 16:49 Sahibkarlara elektron qaydada 5 mindən çox lisenziya verilib
- 18-02-2019 15:39 Azərbaycan şpris istehsalına başlayır - VAXT?
- 18-02-2019 15:12 Sumqayıta 3 milyon manat ayrıldı - Sərəncam
- 18-02-2019 14:37 Nazir Azərbaycanda bahalaşmadan danışdı
- 18-02-2019 14:23 Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizədən DANIŞDI
- 18-02-2019 11:57 Azərbaycan ət idxalını kəskin artırıb
- 18-02-2019 11:41 Siqaretlərin qiyməti bahalaşdı
- 18-02-2019 11:33 Azərbaycan və Qətər arasında yeni sazişlər imzalanacaq
- 18-02-2019 11:09 Azərbaycan meyvə-tərəvəz ixracını 40% artırıb
- 18-02-2019 10:54 Azərbaycan avtomobil idxalını 2,5 dəfə artırıb
- 18-02-2019 10:38 Bakıda avtomobil qadını vuraraq öldürüb, sürücü qaçıb
- 18-02-2019 09:40 Xarici valyutaların manata qarşı məzənnələri
- 16-02-2019 12:32 Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
- 16-02-2019 11:48 Azərbaycan ən çox Ukraynadan quş əti alıb