Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Fevral

2016
15:34
Bakıda internat məktəbinin əsaslı təmirdən sonra açılışı olub

Bakı şəhəri Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və internat məktəbinin pedaqoji kollektivi iştirak edib.

Qonaqlar əvvəlcə internat məktəbində görülmüş işlər və yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, internat məktəb əsaslı təmir olunub, 180 şagird yerlik əlavə korpus, idman və akt zalları tikilib. Yeni tikilən əlavə korpus tədris hissəsindən, idman və akt zallarından ibarətdir. Məktəb binasında 8 sinif otağı, kimya və fizika laboratoriyaları, kompüter kabineti, kitabxana və digər tədris-təsərrüfat otaqları var.

Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün qazanxana və nasosxana təmir olunub, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Həmçinin internat məktəbini dayanıqlı elektrik enerjisi ilə təmin emək məqsədilə yeni yarımstansiya quraşdırılıb.

Sonda internat məktəbinin direktoru Xanımqız Şükürova məktəbin pedaqoji kollektivi adından sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47316

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45525

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47110

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46715

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52261

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46372

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46836
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 09:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru