Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Fevral

2016
14:48
6718
Misirdə 4 yaşlı uşağa ÖMÜRLÜK HƏBS cəzası verilib FOTO-VİDEO
Məhkəmə bu körpəni 4 qətldə, 8 qətlə təşəbbüsdə və vandallıq aktında təqsirli bilib

FaktXeber.com-un verdiyi məlumata görə, ötən həftə Misir məhkəməsi 4 yaşlı  uşağa ömürlük həbs cəzası verib. O, çoxsaylı cinayətlər, o cümlədən qətllərdə  təqsirli bilinib. Əhməd Mənsur Şərara, hansı ki, heç məhkəmədə belə iştirak etməyib. Ona 2014-cü ilin yanvar ayında prezident Məhəmməd Mursini dəstəkləyən aksiyada iştirak edən 115 müttəhimlə  birgə hökm oxunub.

Hökumət, ən azı bəzi nümayəndələri uşağın yaşı haqqında məlumatlı idilər və bilirdilər uşaq sadəcə fiziki olaqa bu sadalanan cinayətləri edə bilməz. 2014-cü ildə polis Əhmədə həbs eləməyə gəlir, ancaq onun uşaq olduğunu gördükdə, atasını tuturlar. Bununla belə, 2 il sonra  məhkəmə  balaca uşağı 4 qətldə, 8 qətlə təşəbbüsdə və vandallıq aktında təqsirli bilib.

Uşağın atası 4 ay həbsdə yatır, azad edildikdən sonra isə şəhərdən qaçmaq məcburiyyətində qalır. Ancaq  övladına oxunan hökmü eşitdikdə yerli televiziya ilə çıxış edərək, yardım istəyir. Qucağında yatmış Əhmədi tutan ata ədalət və məhkəmənin hökmünün ləğvini xahiş edir. Emosional çıxışı zamanı dözməyərək ağlayıb. 

Bu gün isə, gənc Əhmədin ailəsi rahat nəfəs ala bilərlər: FaktXeber.com-un verdiyi məlumata görə, məhkəmə artıq  hökmü səhv adlandırıb. Hökumət 116 müttəhimə hökm oxunan zaman detalları izləməyin çətin olduğunu deyərək üzr istəyib. Əhmədin ailəsinə isə bildiriblər ki, o və atası təhlükəsizlikdədirlər. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru