Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Fevral

2016
17:15
2561
Azərbaycanlı milyarder Forbes jurnalının `kral`ı oldu

"Forbes" jurnalı "dövlət sifarişlərinin kralları"  adlı illik reytinq hazırlayıb. Reytinqin siyahısına 2015-ci ildə ən çox dövlət sifarişləri alan iş adamlarının adları daxildir.

FaktXəbər.com-un verdiyi məlumata əsasən, birinciliyi dövlət sifarişləri üzrə tenderlərdə ən çox qalib gələn Arkadi Rotenberq əldə edib. İkinci yeri Leonid Mixelson, üçüncü yeri isə Gennadi Timçenko tutub. Onlardan başqa,ilk dəfə olaraq reytinqə  mətbuatda "Rusiya prezidenti Vladimir Putinin qızının yoldaşı" kimi tanınan Kirill Şamalovun da adı daxil edilib."Sibura" şirkətinin sahibi olan Şamalov dördüncü yerdədir. O, 148,8 milyard rublluq dövlət sifarişi əldə edə bilib. 

Maraqlı məqamlardan biri də odur ki, reytinqdə azərbaycanlı milyarderin də adı çəkilir. Belə ki, "Krokus İnterneyşnl" şirkətinin sahibi Araz Ağalarov 2015-ci ildə 69,3 milyard rublluq dövlət sifarişləri əldə edərək 8-ci yeri tutub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru