Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2016
11:36
AZAL-ın reyslərində Xocalı soyqırımına dair videoçarx yayımlanacaq

26 fevral - Xocalı soyqırımının 24-cü ildönümündə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus aviareyslərdə Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdiriləcək.

FaktXəbər “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən bildirir ki, aksiya Trend Beynəlxalq İnformasiya Agentliyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçiriləcək.

Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Emil Hüseynli bildirib ki, belə bir aksiyanın məqsədi “Azərbaycan Hava Yolları”na məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.

O “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
543

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
405

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 03:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru