Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2016
09:19
Avtomobilləri evakuatordan qoruyacaq `ağıllı cihaz`ın qiyməti açıqlandı

Azərbaycanın “Sumaks” şirkəti avtomobillər üçün ilk yerli ağıllı cihazın - “Avtomaks”ın satışına başlayacaq. Şirkətin rəhbəri Cavid Məmmədov bildirib ki, ilkin olaraq 3 dövlət qurumu ilə müqavilə imzalanıb. 2000 ədəd “Avtomaks” cihazı əvvəlcə sınaq üçün istifadəyə verilib. C.Məmmədovun sözlərinə görə, sınaq mərhələsi yekunlaşandan sonra may ayında etibarən korporativ müştərilər üçün, iyun ayından isə avtomobil sahibləri üçün bu cihazın satışına başlana bilər.

Daha sürücülər şirkətləri aldada bilməyəcək

Cihazın bir sıra mühüm xüsusiyyətləri var. Funksiyalardan biri sayəsində daha sürücülər yanacaq və yağdəyişmə vaxtı ilə bağlı çalışdıqları şirkətləri aldada bilməyəcəklər. Məsələn, avtomobilinin mühərrik yağı 5 min kilometrdən bir dəyişdirilməlidirsə, sürücü  bir qədər müddət keçdikdən yağ dəyişmək adıyla şirkətdən əlavə pul tələb edir. Amma yeni cihaz sayəsində şirkət rəhbəri avtomobilin nə qədər məsafə qət etdiyini biləcək və daha sürücü onu aldada bilməyəcək. C. Məmmədovun sözlərinə görə, eyni hal avtomobilin yanacaq sərfinə də aiddir.

Evakuatordan xilas yolu

“Avtomaks” Bakı sürücüləri üçün aktual olan digər məsələlərdə də köməyə gəlir. Belə ki, avtomobilin evakuator tərəfindən aparılması, yaxud oğurluq hallarında da sahibinə dərhal məlumat verilir.Belə ki, avtomobil tərpənən zaman dərhal bununla bağlı sürücünün telefonuna sms göndərilir. Və sürücü sadəcə cəriməni ödəməklə avtomobili evakuatordan “xilas edə bilir”. Eyni hal oğurluq üçün də keçərlidir. Belə ki, bu zaman GPS vasitəsilə sürücü avtomobilinin hətta hansı yolla aparıldığını da görə bilir.

Qadınlar “narahatedici zənglərdən”  qurtulacaq

Qadın sürücülər adətən avtomobillərini təmir və ya hər hansı bir servisdən istifadə etdikdən sonra servis işçilərinin narahatedici zəngləri ilə qarşılaşırlar. C. Məmmədovun sözlərinə görə, müştərilərin müraciətləri əsasında bu problem də həllini tapıb. Belə ki, “Avtomaks” cihazında xüsusi bir düymə var. Artıq sürücünün mobil telefonuna zəng vurmağa ehtiyac qalmayacaq.Avtomobil tam hazır olduqdan sonra sürücünün telefonuna bununla bağlı bildiriş gəlir və sürücü rahat şəkildə avtomobilini servisdən götürür.

“Avtomaks” 120-140 manata satılacaq

Onun sözlərinə görə yeni layihə Azərbaycan bazarında böyük rəqabət potensialına malikdir. Çünki Avtomaks - tam yerli məhsuldur və buna görə də qiyməti xaricdən gətirilən oxşar cihazlardan kifayət qədər fərqlənir. Məsələn, xaricdən gətirilən belə cihazların qiyməti 190-300 manat arasında dəyişirsə, “Avtomoks”ın  qiyməti 120-140 manat olacaq.

Cihaz Müdafiə Sənayesi Nazirliyinin Peyk Zavodunda istehsal edilir

C.Məmmədovun bildirib ki, cihaz tam yerli məhsuldur: “Belə ki,  “Avtomaks” Müdafiə Sənayesi Nazirliyinin Bakıdakı Peyk Zavodunda hazırlanır.Proqram təminatından, cihazın sxemlərinə kimi hər bir detal yerli istehsaldır”. Azərbaycanda bir ilk olan “Avtomaks” cihazının  əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür.  Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda xəbərdarlıq edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43386

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41663

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42777

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48294

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 18:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru