Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2016
13:02
Rövşən Əhmədli qardaş Türkiyə xalqına başsağlığı verdi

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Türkiyənin partaxtı Ankarada törədilən və 28 şəxsin ölümü, 61 nəfərin isə yaralanması ilə sonuclanan faciədən dərin üzüntü keçirdiyini bəyan edərək, ölkənin dövlət və hökumət rəhbərliyinə, bütün türk xalqına başsağlığı verib, terror aktını kəskin şəkildə pisləyib.

O qeyd edib ki, Azərbaycan da terror və təxribatların hər cür təzahüründən əziyyət çəkən ölkədir və minlərlə vətən övladı belə xain hücumlar nəticəsində həyatlarını, sağlamlıqlarını itiriblər.

“Tarixi torpaqlarımıza, sülhsevər xalqımıza qarşı zaman-zaman erməni faşizmi tərəfindən sərgilənən düşmən münasibəti - ərazilərimizin işğalı, soydaşlarımızın yurdlarından qovulması, mədəniyyət abidələrinin məhvi, 20 Yanvar, Xocalı və digər faciələr, metro partlayışları... həmin qlobal və silsilə terrorun yalnız kiçik hissəsidir, bu gün də davam etməkdədir” – deyə, vurğulanır başsağlığı məktubunda.

Rövşən Əhmədli sonda şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləməklə, zərərçəkənlərin doğmalarına səbr və dözüm arzulayıb, daim qardaş türk xalqının yanında olduqlarını bəyan edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61238

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59010

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60708

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60313

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65850

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60146

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60344
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 14:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru