Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2016
10:51
2819
Ləğv edilən bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.

Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətindən verilən məlumata əsasən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 21 milyon 529 min manatdan artıq kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 621 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Amerika dolları ucuzlaşdıra bilər - SƏBƏB

26

İyun
21:20
İQTİSADİYYAT
1165

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1467

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1990

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2072

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2171

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1863

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
592

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
169
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 02:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru