Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2016
10:54
3202
Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tiflis şəhərində keçirilən beşinci üçtərəfli görüşündə iştirak edən nazir Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Mixeil Janelidze ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin mehriban qonşuluq və strateji tərəfdaşlıq zəminində inkişafından məmnunluq ifadə olundu.

Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə etdilər.

Görüşdə həmçinin, Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən razılıq qeyd edildi, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com