Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2016
10:17
2753
Azərbaycandan Rusiyaya `pomidor` cavabı

Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı keçən ilin yanvar ayına nisbətən 4,7 dəfə artaraq 2,6 min ton olub. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib. 

Onun sözlərinə görə, Rusiyanın bəzi mətbuat orqanlarında bunun Türkiyə istehsallı pomidor hesabına olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Birincisi, Rusiyanın Türkiyədən bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməsindən sonrakı dövr ərzində Azərbaycana pomidor idxalının həcmi əvvəlki kimi cüzi səviyyədə olub - 2015-ci ilin dekabr ayında 23,6 ton, 2016-cı ilin yanvar ayında isə cəmi 127,9 ton (bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır). Yəni sonradan Rusiyaya məhsul ixrac etmək üçün Azərbaycana pomidor idxalında heç bir artım olmayıb. İkincisi, Rusiyanın bir sıra ölkələrdən kənd təsərrüfatı və ərzaq məhsulları idxalını qadağan etməsindən sonra yaranan yeni bazar imkanlarını, təbii olaraq, uzun illər ərzində ənənəvi Rusiya bazarına məhsul ixrac edən azərbaycanlı sahibkarlar da dəyərləndirdilər. Xüsusilə Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması tədbirləri kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasında ciddi dönüş yaradıb".

Camal Quliyev qeyd edib ki, eyni zamanda manatın devalvasiyası siyasəti Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə istehsalın və ixracın həcminin artırılmasında önəmli rol oynayır: "Məsələn, cari ilin yanvar ayında ölkədə tərəvəz istehsalı natural ifadədəötən ilin müvafiq dövrünə nəzərən 6,7% çoxalıb".

Xatırladaq ki, Rusiya KİV-də təkcə yanvar ayında Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun həcminin 5 qat artdığı barədə məlumat yayılıb. Rusiya tərəfi ehtimal edir ki, bu məhsulların əksər hissəsi Türkiyədən Azərbaycana gətirilir və azərbaycanlı həmkarları tərəfindən sertifikat verilir. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert artıq Rusiya tərəfinin narahatlığı ilə bağlı Azərbaycanın müvafiq qurumlarına məktub göndərildiyini deyib. O bu məsələnin daha dəqiq araşdırılması üçün rus müfəttişlərin pomidorların istehsal olunduğu istixanaların yoxlanılması üçün Azərbaycana ezam edilməsini istisna etməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
200

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
153

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
96

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
86

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
286

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
210

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
162

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
125
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 18:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru