Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2016
11:26
Əli Abbasov oğurlanan 1 milyondan danışdı

Bir sıra internet informasiya resurslarında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Goradildə bağ evindən oğurluq edildiyi barədə informasiyalar yayılıb.

Deyilənə görə, nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıblar. Yəni, bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.

Yayılan məlumatlarda bildirirlər ki, hadisə ilə bağlı araşdırma Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən aparılıb və oğrular saxlanılıblar. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtilə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər.

Anspress Əli Abbasov ilə əlaqə saxlamağa müvəffəq olub. Nazir onun barəsində yazılan məlumatlara belə münasibət bildirdi.

"Mən də xəbərləri oxumuşam. Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu? Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil", - deyə sabiq nazir qeyd etdi.

Əli Abbasov onu da əlavə etdi ki, onun həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb. 

Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu "Avtomatika və telemexanika" ixtisası üzrə bitirib. Bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında aspiranturada təhsilini davam etdirib. 

1994-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə edərək və texnika elmləri doktoru adını alıb. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub. 7 mart 2014-cü il - Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Ötən il noyabr 12-də isə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib.

Ailəlidir, iki övladı var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61370

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60818

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60439

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65980

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60243

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60484
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 14:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru