Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2016
14:46
Sürəti sevən sürücülərin nəzərinə! - QAYDALAR DƏYİŞİR

Yeni İnzibati Xətalar Məcəlləsi sürücü tərəfindən sürət rejiminin pozulması hallarında bəzən yarana bilən bir mübahisəyə son qoyacaq. 

Məlumata görə, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi sürət həddinin aşılma dərəcəsinə görə dörd səviyyədə məsuliyyət nəzərdə tutur:

10-20 km/saat həddində aşıldıqda - 10 manat cərimə;

20-40 km/saat həddində aşıldıqda - 50 manat cərimə və 2 cərimə balı;

40-60 km/saat həddində aşıldıqda - 150 manat cərimə və 3 cərimə balı;

60 km/saat-dan yuxarı həddə aşıldıqda - 250 manat cərimə və 4 cərimə balı.

Göründüyü kimi, sürət həddinin əvvəlki aşılma dərəcələrinin yuxarı həddini bildirən rəqəmlə növbəti aşılma dərəcələrinin aşağı həddini bildirən rəqəm eynidir. Yəni sürücü, məsələn, sürət həddini düz 20 km/saat aşmış olduqda onun İXM-in 151-1.1-ci maddəsi üzrə 10 manat məbləğində, yoxsa İXM-in 151-1.2-ci maddəsi üzrə 50 manat məbləğində cərimə və 2 cərimə balı ilə tənbeh edilməli olması məsələsi bəzən mübahisələr doğurur. Düzdür, biz hesab edirik ki, belə hallarda sürücünün məsuliyyəti aşağı həddə uyğun müəyyən edilməlidir (misal çəkdiyimiz halda sürücüyə 10 manat cərimə yazılmalıdır). Lakin təcrübədə bunun əksini düşünənlər və həmin vəziyyətə fərqli hüquqi qiymət verənlər də var.

Yeni İnzibati Xətalar Məcəlləsi belə mübahisələrə birdəfəlik son qoymaq üçün sürət həddinin əvvəlki aşılma dərəcəsinin yuxarı həddini bildirən rəqəmi növbəti aşılma dərəcəsinin aşağı həddini bildirən rəqəmdən aydın şəkildə fərqləndirir. Yeni Məcəllənin layihəsində sürət həddini aşmaya görə məsuliyyət belə müəyyən edilir.

Yolda müəyyən edilmiş sürət həddi:

10-20 km/saat həddində aşıldıqda - 10 manat cərimə;

21-40 km/saat həddində aşıldıqda - 50 manat cərimə və 2 cərimə balı; 

41-60 km/saat həddində aşıldıqda - 150 manat cərimə və 3 cərimə balı; 

61 km/saat-dan yuxarı həddə aşıldıqda - 250 manat cərimə və 4 cərimə balı. 

Yeni Məcəllənin mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47922

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45992

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47640

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47211

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52798

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46832

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47274
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 01:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru