Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2016
20:25
2782
İlham Əliyev İran İslam Respublikasının Prezidentini təbrik etdi

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev İslam İnqilabının Qələbəsi günü münasibətilə İran İslam Respublikasının prezidenti Həsən Ruhanini  və onun simasında bütün xalqı təbrik edib.

"Əminəm ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq qarşılıqlı etimad və dəstəyə əsaslanan  dövlətlərarası münasibətlərimiz, ikitərəfli, regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm" - deyə təbrik məktubunda bildirilib.

Yeri gəlmişkən onu da bildirək ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin prezident İlham Əliyevin fevralın sonunda İrana səfər edəcəyini  deyib: "Səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında reallaşacaq. Rəsmi səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlər imzalanacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
643

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
130

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
94

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
85
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru