Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2016
12:42
2265
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir: "Amma bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlər həyata keçirilir, ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarət gücləndirilib. Ölkəmizin sərhəd-keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində müayinədən keçirilirlər. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılırlar".

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda bu virus aşkarlanarsa, müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var.  Qeyd edək ki, "donuz qripi" təhlükəsi ilə əlaqədar hazırda Azərbaycanın 4 böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələri dezinfeksiya edilir.  Azərbaycanda 3 tibb müəssisəsində - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb.  Xatıladaq ki, Gürcüstanda 2016-cı ilin əvvəlindən "donuz qripi" xəstəliyindən 10 nəfər, H3N2 virusundan isə bir nəfər dünyasını dəyişib. Türkiyədə bu ilin əvvəlindən təxminən 500 şəxsdə H1N1 virusu aşkarlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
324

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
190

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
214

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
238

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
289

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
225
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 08:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru