Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2016
14:33
Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşır - FOTO

Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Manatın məzənnəsinin ikinci dəfə dəyişməsindən sonra qiymətləri kəllə-çarxa çıxan telefonlar hazırda bir qədər ucuz qiymətə müştərilərə təklif olunur. 

Bakıda telefon satışı ilə məşğul olan Əli Həsənov deyib ki, ucuzlaşma daha çox "Samsung" markalı telefonlara aiddir. 

"Son bir həftə ərzində firmalar tərəfindən qiymətlər aşağı salınıb. Hazırki qiymətlər telefonların modelinə görə dəyişir. Bəzi telefonlar var ki, onların qiyməti 50-100 manatadək ucuzlaşıb. Bura "Samsung"un "A5","A3" modelləri daxildir. Əvvəl 349 manat satdığımız telefon hazırda 299 manatadır".

Satıcı Rauf Əliyev isə ucuzlaşmanın "iPhone" markalı telefonlara şamil edilmədiyini bildirib: ""İPhone" markalı telefonarda qiymətlər aşağı düşməyib, əksinə, artım olub. Qiymətlər əsasən "Samsung Galaxy"lərdə aşağı düşüb. "Samsung"un 4 modelində "A5"," A3" "J7", "J5"-lərdə qiymət fərqi var. Yerdə qalan modellərin qiyməti hələlik ucuzlaşmayıb. Adlarını çəkdiyimiz telefonlar 100 manat aşağı qiymətə satılır".

Satıcının sözlərinə görə, mobil telefonların ucuzlaşması bazardakı durğunluqla əlaqədardır: "Şirkət əvvəl gün ərzində 600 mobil telefon satırdısa, indi 50 telefon satmaq olmur. Məcbur qalıb qiymətləri aşağı saldılar".

Mağaza sahibi qiymətlərin dəyişməsinin gündəlik alverə ciddi təsir etmədiyini deyib.

Satıcıların fikrincə, bazarda vəziyyət belə davam edərsə, digər telefon modellərinin də qiymətində kəskin ucuzlaşma gözlənilir.

Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşır - FOTO

Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşır - FOTO

Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşır - FOTO

Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşır - FOTO

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7376

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6209

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7775

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7719

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11057

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7457
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 05:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru