Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2016
11:02
Hacı Zeynalabdin Tağıyevin dağılmış evindən reportaj - FOTO

Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı evi baxımsızlığı ilə diqqət çəkir. Bakının məşhur milyonçularından birinin vaxtilə ömrünü başa vurduğu ev indi uçuq-sökük vəziyyətdədir.

«MƏCBURİYYƏTDƏN YAŞAYIRIQ»

Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir.

Bağın həyətində gözətçi işləyən Rövşən dayı deyir ki, buralar bütünlükdə Hacının şəxsi mülkü olub:

«Əvvəl sanatoriya idi. 17 ildir Laçın rayonundan olan məcburi köçkünlər yaşayır. Bina qəzalı vəziyyətdədir. Hər an uça bilər. Burada yaşamaq sağlamlıq baxımından da təhlükəlidir. Neyləyək, məcburiyyətdən yaşayırıq».

«HƏRDƏN BİNANIN ŞƏKLİNİ ÇƏKİRLƏR»

Rövşən dayı söyləyir ki, heç kəs bu evlə maraqlanmır:

«2 ildən çox olar, dedilər, «sizi köçürəcəyik». Sonra səs-soraq çıxmadı. İndi də «krizisdir». Çətin ki, bizi köçürələr. Elə hərdən jurnalistlər binanın şəklini çəkirlər. Bir dəfə də Mədəniyyət və Turizm Nazirliyindən gəlmişdilər. Dedilər ki, bina onların balansına keçib və muzey olacaq».

Ancaq rəsmi qurumlar «balans» məsələsi ilə bağlı fərqli mövqe bildirdilər. Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna binanın qurumun balansında olmadığını söylədilər.

NAZİRLİK TƏMİR İŞLƏRİ APARACAQ?

Azərbaycan Milli Elmlər Akademiyasından isə bildirilir ki, həmin bina mədəniyyət abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır:

«Hazırda oranın bərpaya ehtiyacı var. Pis vəziyyətdədir. Yəqin ki, Nazirlik təmir-bərpa işlərini aparacaq».

Məcburi köçkünlərin nə vaxt köçürüləcəyi ilə bağlı isə «Qaçkınkom»dan münasibət öyrənmək mümkün olmadı bilmədik.

H.Z.Tağıyev ömrünün son illərini bu evdə keçirib. 2-ci Dünya Müharibəsi illərində bu evdə təxliyə hospitalı yerləşib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52922

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52568

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52255

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51916

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 10:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru